Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    DƏLƏDUZ QADIN HİMAYƏ OLUNUR

    sevincVallah, indiki zamanda düzü yazanda bəzi-bəzi ağzıgöyçəklər deyirlər ki, filankəs qudurub, cızığından çıxıb, ya da deyirlər ki, yazığın başı xarab olub. Amma düzü yazmamaq da olmur. Rəhmətlik Mirzə Ələkbər Sabir demişkən:
    Şairəm, çünki vəzifəm budur əşar yazım,
    Gördüyüm nikü bədi eyləyim izhar, yazım,
    Günü parlaq, günüzü ağ, gecəni tar yazım,
    Pisi pis, əyrini əyri, düzü həmvar yazım…
    Bizim hüquq-mühafizə orqanlarının bəzi işçilərindən baş açmaq olmur, bilmirsən onlar camaatı dələduzlardan mühafizə edirlər, yoxsa dələduzları camaatdan. Babalı söz gəzdirənlərin boynuna, deyirlər ki, bəzi polis işçiləri oğrular, dələduzlar və xuliqanlarla əlbirdirlər. Adamın inanmağı gəlmir. Hələ belə deyən də tapılar: “A kişi, nə hərzə-mərzə danışırsan?! Polis cinayətkarları yaxalamaq üçündür, onlarla əlbir, dilbir olmaq üçün yox. Hətərənpətərən danışma!”
    Yaxşı, əgər belədirsə, mənim başıma gətirilən oyunlara qulaq asın, görün siz də mənim kimi düşünəcəksiniz, yoxsa yox?
    Tərtər şəhərinin Nizami küçəsindəki 83 saylı evin 2-ci mənzilində pasport qeydiyyatında olan, lakin ayrı ünvanda yaşayan Kərimova Sevinc Sultan qızının etibardan sui-istifadə etməklə borc adı ilə 2 nəfəri aldadaraq 48000 ma-nat və 2600 ABŞ dolları məbləğində pulu ələ keçirmişdir. Bu fakta görə Tərtər rayon prokurorluğu tərəfindən başlanılmış 150666005 nömrəli cinayət işi üzrə Azərbaycan Pespublikası CM-nin 178.3.2-ci maddəsi ilə (“Dələduzluq”) təqsirlən-dirilən şəxs qismində cəlb edilmiş Kərimova Sevinc Sultan qızının barəsində olan cinayət işinin ibtidai istintaqı zamanı müstəntiqlər tərəfindən süründürməçiliyə və səthiliyə yol verilmişdir. Həmin cinayət işinin istintaqı zamanı Kə-rimova Sevinc Sultan qızının törətmiş olduğu cinayət əməli kifayət qədər təsdiq olunduğuna görə 23 fevral 2015-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə ittiham elan olunmuşdur.
    09.09. 2015-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuş, “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır.
    İstintaq zamanı cinayət işi Tərtər rayon Polis Şöbəsinin İstintaq Qrupunda müstəntiq, polis baş leytenantı Firuz Nuruyev tərəfindən istintaq edilərkən 12 may 2015-ci il tarixdə icraatı dayandırılmış, 29 may 2015-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmiş və həmin tarixdə yenidən dayandırılmişdır. 07 sentyabr 2015-ci il tarixdə isə cinayət işi üzrə icraat yenidən təzələnmiş və 10 sentyabr 2015-ci il tarixdə ərazi aidiyyatı üzrə Bərdə rayon Polis Şöbəsinin İstintaq Bölməsinə göndərilmişdir. Cinayət işi 30 sentyabr 2015-ci il tarixdə Bərdə RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis mayoru Rəhim Ağamalıyev tərəfindən icraata qəbul edilərək istintaq aparılmışdır.
    İstintaq zamanı Kərimova Sevinc Sultan qızının güya yataq xəstəsi olması nəzərə alınaraq Azərbaycan Respublikası Səhiyyə Naziliyinin Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tərtər rayon Şöbəsinin 12.05.2015-ci il tarixli 161 nömrəli saxta rəyinə əsasən güya müəyyən olunmuşdur ki, Kərimova Sevinc Sultan qızında “xroniki virus hepatit C” xəstəliyi aşkar edilmişdir. Odur ki, cinayət işi üzrə icraat 14.10.2015-ci il tarixdə yenidən dayandırıl-mışdır. (Yəni “siçan–pişik” oyunu).
    Göstərilən faktlardan belə aydın olmurmu ki, hüquq mühafizə orqanlarımızın bəzi işçiləri bu işin istintaqının yekunlaşmasında maraqlı olmamışlar? (Elə indi də maraqlı deyillər).
    Əslində təqsirləndirilən şəxs Kərimova Sevinc Sultan qızı hec də yataq xəstəsi deyil, o, hər gün respublikamızın müxtəlif şəhər və rayonlarında alverlə və fala baxmaqla məşğuldur.
    Onun aldığı tibbi rəy özündə həqiqəti əks etdirmir, cinayətkarı cinayətdən yayındırmaq məqsədini daşıyır. Çünki cinayət təqibi üzrə icraat o vaxt dayandırılır ki:
    –şəxsin xəstəliyi müvəqqəti xarakter daşısın;
    –xəstəlik stasionar tibb müəssisəsinin tibbi rəyi ilə təsdiq edilsin;
    –onun xəstəliyi cinayət prosesində iştirakına imkan verməsin və s.
    Xahiş edirəm fikir verin, Kərimova Sevinc Sultan qızının 12 may 2015-ci il tarixdə ağır yataq xəstəsi olması haqqında hansı yollarlasa aldığı tibbi rəyin ziddinə olaraq 2015-ci il fevral ayının əvvəllərindən 6 avqust 2015-ci il tarixə kimi (xəstəliyi müəyyən olunan gündən keçən 3 ay ərzində) Bərdə rayon sakini Bayramova Kifayət Mərdan qızının üst-üstə 29000 manat pulunu analoji qaydada dələduzluq yolu ilə ələ keçirərək təkrar eyni cinayət əməlini törətmişdir. Bu necə ağır yataq xəstəsidir?!
    Belə olduğu halda dələduz qadın himayə olunmurmu?
    Diqqət yetirin, bu qadın oğurluq əməllərinə görə 2 dəfə məhkum olunmuşdur. (Həyat yoldaşı da məhkumluq həyatı yaşamışdır).
    Onun dələduzluq əməli kifayət qədər faktlarla təsdiq olunduğu halda, ilk dəfə Tərtər rayon məhkəməsində, sonra Tərtər rayon Polis Şöbəsində, daha sonra isə Bərdə rayon Polis Şöbəsində bu qadın himayə edilmiş və layiq olduğu cəzadan yayındırılmışdır. (İndi də bu proses davam etdirilir). Belədirsə, siz deyin, mən necə şübhələnməyim?

    Tofiq Yusif

    Müəllif: Redaktor, 08:53

    Teqlər:

İsmarıclar bağlıdır.