Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    DSC_02562016-ci ildə Tərtər Rayon Məşğulluq Mərkəzində gənclərin sosial müdafiəsinin
    gücləndirilməsi və məşğulluğunun təmin olunması sahəsində bir sıra məqsədyönlü
    işlər görülüb.
    İl ərzində mərkəzə 456 nəfər işaxtaran muraciət edib ki, bunlardan da 103
    nəfəri qadınlar olub.
    456 nəfər işaxtaran gənclərdən 163 nəfəri rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub. Bundan başqa işaxtaran gənclərdən 5 nəfərini kvota üzrə, yəni sosial müdafiəyə daha çox ehtiyacı olan vətəndaşlar kateqoriyasına daxil olan 20 yaşadək gənclər təşkil edib. Dövr ərzində mərkəzdə qeydiyyatda olan işaxtaran gənclərdən 25 nəfərinə işsizlik statusu və işsizlik müavinəti təyin edilib.
    İşaxtaran gənclərdən 5 nəfəri müvəqqəti xarakterli haqqı ödənilən ictimai işlərə cəlb olunub.
    2016-cı ildə “Əmək Yarmarkası” vasitəsi ilə 3 nəfər gənc rayon ərazisində yerləşən idarə, muəssisə və təşkilatlarda öz peşə və ixtisaslarına uyğun daimi işlə təmin olunub.
    Tərtər Rayon Məşğulluq Mərkəzi 2017-ci il ərzində rayonda əmək bazarının tələblərinə uyğun olaraq mərkəzə müraciət edən işaxtaran gənclərin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin olunması istiqamətində qarşıda duran vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

    Azər Ağayev,
    Tərtər Rayon Məşğulluq Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 09:02

    Teqlər:

İsmarıclar bağlıdır.