Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    Изображение 158tibbi1Ölkə Prezidenti möhtərəm İlham Əliyevin tapşırığına əsasən 2014-cü ildən başlayaraq hər il ferval ayının 15-dən may ayının 1-dək respublikamızın əhalisi pulsuz olaraq tibbi müayinədən keçirilir. Bu sahədə rayonumuzda görülən işlər barədə ətraflı məlumat almaq məqsədilə rayon mərkəzi xəstəxanasında olduq. Baş həkimin müavini Sevda Əliyeva ilə görüşdük. Həkim bildirdi ki, bu aksiya rayonumuzda mütəşəkkilliklə keçirilir. Ötən illərdə olduğu kimi bu il də çalışacağıq ki müayinədən keçməmiş insanlar qalmasın.
    Müayinələr rayon mərkəzi xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Tibb məntəqələrində iş cədvəli tərtib olunub.
    İndiyədək 7640 nəfərdən çox rayon sakini həkim müayinəsindən keçib, 59 nəfərdə xəstəlik ilkin olaraq aşkarlanıb.
    Rayon mərkəzində və eləcə də kəndlərimizdə yaşayan, xəstəxanaya gələ bilməyən yaşlı, qoca və xəstə insanların müayinədən keçirilməsi üçün rayon üzrə 9 həkim briqadası ayrılıb. Onlar vaxtaşırı olaraq evlərə gedir, həmin insanları tibbi müayinədən keçirirlər. Rayon ərazisində məskunlaşan qaçqın və məcburi köçkün soydaşlarımız da bu aksiyada diqqətdən kənarda qalmırlar.
    Tibbi müayinədən keçən insanlar Prezidentimizin bu tapşırığından hamılıqla razı qaldıqlarını bildirirlər. Əhalinin tibbi müayinədən keçirilməsi davam edir.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 09:11

    Teqlər:

İsmarıclar bağlıdır.