Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    0416Изображение 214Ümumrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin sədri Nazir Hətəmov Tərtərdə olarkən “Yeni Tərtər” qəzeti redaksiyasına gəlib, qəzetin yaradıcı kollektivi ilə görüşüb. Görüşdə “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif Rusiyada yaşayan həmvətənlərimizin üzərinə böyük vəzifələr düşdüyünü bildirib. O deyib:
    –Rusiya kimi böyük bir dövlətdə siz xalqımızı təmsil edirsiniz. Ona görə də adət-ənənələrimizi qorumalısınız, Azərbaycan həqiqətlərini təbliğ etməlisiniz, həm də qürbətdə bir-birinizə dəstək olmalısınız.
    Nazir Hətəmov ÜAK-ın fəaliyyəti barədə qəzet işçilərinə məlumat verib. Göstərib ki, Ulu Öndər Heydər Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə yaranan bu diaspor təşkilatı fəaliyyət göstərdiyi müddətdə Rusiyada yaşayan azərbaycanlıların bir araya gəlməsində, onların vətənlə əlaqələrinin möhkəmləndirilməsində, Azərbaycan mədəniyyətinin təbliğində çox böyük rol oynayıb.
    O deyib:
    –Region bölməsi kimi rəhbərlik etdiyim təşkilat da daim azərbaycanlıların qayğı və problemlərini diqqətdə saxlayır. Azərbaycandan çox uzaqlarda yaşasaq da,ürəklərimiz vətənlə döyünür. Doğmalarımızı heç zaman unutmuruq.
    Tədbirdə qəzetin əməkdaşlarından Əvəz Nəsirov, Svetlana Bağırova, Elfuzə Vəliyeva, Kənan Hüseynzadə qonağa suallar verib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqq işinin dünyaya çatdırılmasının vacibliyini söyləyiblər.
    Rayon qəzetinin fəaliyyətini yüksək qiymətləndirən qonaq baş redaktor Tofiq Yusifə ÜAK-ın Saxalin Regional Bölməsinin Fəxri diplomunu təqdim edib.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 09:49

    Teqlər:

İsmarıclar bağlıdır.