Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    IMG-20170222-WA0000Beynəlxalq səviyyədə qeyd olunan bayramlardan biri də 8 Mart–Qadınlar Günüdür. Bu bayram bir çox dövlətlərdə qeyd edilir. Əslində bir qadın hərəkatı ki-mi başlanan bu tarixi gün sonradan dünya qadınlarının hüquq və rifahının qorunması naminə qeyd edilən günə çevrildi.
    Ölkəmizdə də bu bayram böyük əhval-ruhiyyə ilə keçirilir. Azərbaycan qadını əsrlər boyu namus-qeyrət simvolu, saflıq, zəriflik və gözəllik mücəssəməsi olub.
    Belə gözəl, fədakar və peşəkar xanımlardan biri olan Səbinə Allahverdiyevanı oxuculara tanıtmaq istərdim.
    Bir kənddə doğulduq, bir sinifdə təhsil aldıq. Zamanın ağır yükünü də eyni vaxtda daşıdıq çiyinlərimizdə. 1992-ci il çox çətin il oldu hər ikimizə. Amansız müharibə şəraiti, ev-eşikdən uzaq düşmə və valideyn itkisi…
    Ali təhsil almaq arzusu hərənin yolunu bir səmtə saldı. Səbinə N.Tusi adına Pedaqoji Universitetin Şamaxı filialına qəbul oldu. Metodika fakültəsinin 2-ci kursundan qiyabi təhsilə keçib məzunu olduğu Qapanlı kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başladı. 19 yaşlı gənc qız bütün bilik və bacarığını öz peşəsinə yönəltdi. İndi 23 ildir ki, şərəfli peşəsi ilə məşğuldur. Yüzlərlə şagirdin qələm tutmasına, hərf öyrənməsinə çalışan müəllim həm də onlara vətənə, elə-obaya sevgi hissi aşılayar. Bu il Səbinə müəllim məktəbin I sinif şagirdlərinə dərs deyir. Artıq birincilər hərflərin hamısını öyrənib qurtardıqları üçün “Əlifba” bayramına hazırlaşırlar. Səbinə xanım doğma kollektivi ilə də gözəl münasibətlər qurur. O, hər kəsin sevimlisinə çevrilib. Şagirdlərinin doğma təhsil ocağına dinc, təhlükəsiz şəraitdə gəlib-getməsi qayğısı ilə yaşayır. Çünki məktəblə təmas xəttini cəmi 700-800 metr məsafə ayırır.
    Əzizim Səbinə xanım! Sizin timsalınızda rayonumuzun bütün xanımlarını 8 Mart–Beynəlxalq Qadınlar bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə qadın xoşbəxtliyi, dinc həyat, müharibəsiz günlər arzulayıram.

    Səlimə Yusibova,
    Heydər Əliyev Mərkəzinin direktoru

    Müəllif: Redaktor, 10:22

    Teqlər:

İsmarıclar bağlıdır.