Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 07Mar

    MÜBARİZ İBRAHİMOV:
    BU, ƏFSANƏ DEYİL, HƏQİQƏTDİR

    a_508799fdMübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağrılıb.
    O, 2007-ci ildə çavuş rütbəsində hərbi xidmətini başa vursa da, mülki işlərdə rahatlıq tapa bilməyib. Məhz ürəyinin istəyi ilə 2009-cu ildə yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb.
    18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində Mübariz İbrahimov təkbaşına bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan ordusunun çox sayda əsgər və zabitini gözlənilməz birinci həmlədə məhv edir. Sonra ilə düşmənin silahlarından onların özlərinə qarşı istifadə edərək, 5 saat təkbətək döyüşür. Erməniləri ağır itkilərə məruz qoyur, zəif cinahlarını üzə çıxarır. Cəsur döyüşçü səhər saatlarında qeyri-bərabər vuruşmada qəhrəmancasına şəhid olur.
    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
    Yaşadığı Biləsuvar rayonunda lisey-məktəb kompleksi və küçə onun adını daşıyır. Sumqayıt və Tərtər şəhərlərində küçələrdən birinə qəhrəmanın adı verilib. 2016-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində heykəli ucaldılıb.
    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin əfsanəvi döyüşçünün qəhrəmanlığını yüksək qiymətləndirərək haqqında xoş sözlər deyiblər.
    Bu gün Azərbaycanda hər bir məktəbli uşaq, hər bir gənc Mübarizin ata və anasına yazdığı son məktubun mətnini əzbərdən bilir. Bu isə o deməkdir ki, onun nümunəsi ilə ölkəmizdə yüzlərlə, minlərlə yeni qəhrəman yetişir.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:34

    Teqlər:

İsmarıclar bağlıdır.