Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May

    Bu günlərdə Tərtər rayon Məşğulluq Mərkəzinin işçiləri şəhər 6 saylı tam orta məktəbində peşəyönümü ilə əlaqədar tədbir keçirdilər.
    Tədbiri rayon məşğulluq mərkəzinin direktoru Azər Ağayev açaraq peşəyönümü ilə əlaqədar ətraflı məlumat verdi.
    Gənclərin və ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün peşəyönümü işinin aparılması məqsədəuyğun olan aktiv məşğulluq tədbirlərindəndir. Peşəyönümü məsləhətləri gənclərin meyl və maraqlarını müəyyən etmək, habelə mövcud əmək bazarının vəziyyəti haqqında onlarda aydın təsəvvür yaratmaq məqsədini daşıyır.
    Sonra məktəbin direktoru Azad Abbasov bu tədbirin əhəmiyyətindən da- nışdı. Açıq diskussiya şəaraitində keçən tədbirdə iştirak edən yuxarı sinif şagirdlərindən Al-tay Rüstəmli, Çingiz Kazımov, Şükür Ağazadə, Aygün Qurbanzadə arzularını bildirdilər. Rayon icra hakimiyyətinin nümayəndəsi Çingiz İsayev peşə yönümünün əhəmiyyəti barədə şagirdlərə məsləhətlər verdi.

    Müəllif: Redaktor, 09:00

    Teqlər:

İsmarıclar bağlıdır.