Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May

    (Satirik qələmlə)

    kirpii_jurnaliBilirəm, bir çoxlarınız ağız büzəcəksiniz ki, bu əhli-qələm sahibinə bir bax, işi-gücü qurtarıb, indi də zibil qutularından yazır. Ancaq bu, heç də siz fikirləşdiyiniz kimi deyil. Bir çoxlarına lazımsız məsələ kimi görünən məişət tullantılarının vaxtlı-vaxtında yığılıb şəhərdən kənara daşınması vacib bir məsələdir. Bir də ki, məişət tullantılarının ərazidə qoyulan xüsusi zibil qablarına deyil, ətrafına tullanması həmin adamların hansı mədəniyyətə sahib olmasından xəbər verir.
    Mən “Bala kirpi”ni də götürüb şəhərimizin küçələrində həmin mənzərələri lentə almağa qərar verdim.
    DSC_1799N.Nərimanov küçəsində, mərkəzi prospektin Cavanşir küçəsi ilə kə-sişdiyi yerin yaxınlığında, rayon xəstəxanasının həyətində, Mahir Əsədov küçəsində yerə tökülən tullantıları və boş zibil qablarını görəndə kirpinin gözləri çıxdı kəlləsinə. Qulağıma pıçıldadı ki, gəl dayanaq, gözləyək görək kimdi şəhərimizi zibilləyənlər. Tikanımı sancım o kəslərin qulağına və deyim ki, bax, bu qulağında qalsın, zibili yerə yox, qoyulmuş qaba at. Biz “Bala kirpi” ilə şəhəri gəzərkən rayon kommunal təsərrüfatı ida-rəsinin sahə rəisi Saleh Qəhrəmanovla görüşdük. Günün ikinci yarısı idi. 2 nəfər işçiyə zibil yığdırırdı. Vəziyyətlə bağlı söhbət etdik. Dedi ki, bu sahədə rayon gigiyena və epidemiologiya mərkəzinin işçiləri günahkarları cəzalandırsalar, yəqin ki, həmin adamlar bir daha belə hərəkət etməzlər. Bir də görürsən ki, zibil qutusunun yanında maşın yavaşıdı, yekəpər bir kişi evinin zibil torbasını qutuya yox, yerə tullayıb maşına qaz verib uzaqlaşır. Görəsən belə insanlar məgər bilmirlərmi ki, onlar bu hərəkətləri ilə şəhərimizin gözəlliyini, ekologiyanı, təmiz havanı korlayırlar?
    Hələ bu harasıdır? Havalar isi-nəndə belə zibil qutularının yanından üfunətdən keçmək mümkün ol- mayacaq.
    Sahə rəisi onu da dedi ki, zibilləri sutkada 3 dəfə şəhərdən kənara çıxarırıq. Bununla belə çox yeri zibilxanaya döndərirlər.
    Hörmətli oxucular! Çəkilən şəkillərə baxanda hər şey sizə aydın olacaq. Gəlin hər birimiz şəhərimizin gözəlliyinə xələl gətirən insanları başa salaq ki, belə yaramaz, onlar bu hərəkətləri ilə nəinki ekoloji tarazlığı pozurlar, həm də öz sağlamlıqlarına ciddi zərbə vurmuş olurlar. Bu isə oturduğu budağı kəsməyə bənzəyir. Yoxsa kirpi də durur, onun iynə kimi oxu da…

    Müəllif: Redaktor, 09:10

    Teqlər:

İsmarıclar bağlıdır.