Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 15Mar

    Изображение 003Изображение 013Tərtər Rayon Mədəniyyət Mərkəzində Milli Teatr Günü münasibəti ilə Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrı tədbir keçirdi.
    Tədbirdə bildirildi ki, bu gün Azərbaycan teatrı yaranmasının 144-cü ildönümü qeyd edilir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
    1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M. F. Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynayıblar.
    Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb.
    Teatrlarımızın yeni inkişaf yoluna çıxmasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2009-cu il mayın 18-də dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
    Hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb.
    Sonda Yevlax Mədəniyyət Mərkəzinin Kukla Xalq Teatrının aktyorlarının iştirakı ilə “Tülkü həccə gedir” xalq nağılı əsasında Rəhman Əlizadənin “Tülkünün uçuşu” tamaşası nümayiş etdirildi.

    Müəllif: Redaktor, 13:37

    Teqlər:

İsmarıclar bağlıdır.