Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 16May

    Yararsız vəziyyətə düşmüş  avtomobillər götürülməlidir

    DSC_2241Hamıya məlumdur ki, son zamanlar ölkəmizin bütün regionlarında aparılan tikinti, quruculuq və abadlıq işləri nəticəsində bölgələrimizin siması tamamilə dəyişmişdir. Bu, doğma Tərtərimizdə də belədir.
    DSC_2237Lakin bəzən gözəlliyə xələl gətirən hallar da olur. Belə ki, qəza, yanğın və digər səbəblərdən istismara yararsız vəziyyətə düşmüş nəqliyyat va sitələrinin heç bir zərurət olmadan polisin mühafizə edilən duracaqlarında, DYP-nin stasionar postlarında, yolkənarı yerlərdə uzun müddət qalması insanlarda xoş olmayan təəssürat yaradır. Bu isə həm Dövlət Yol Polisi əməkdaşlarının onsuz da gərgin olan işlərini daha da artırır, həmin nəqliyyat vasitələrinin mühafizə olunması üçün əlavə qüvvə ayrılmasını tələb edir, böl- məmizin üzərində müəyyən məsuliyyət hissi yaradır. Həm də qəzaya uğramış elə nəqliyyat vasitələri duracaqlarda saxlanılır ki, müəyyən vəsait hesabına onların təmir olunub istismar edilməsi mümkündür.
    Hal-hazırda sadalanan səbəblər nəticəsində Tərtər – DYPB-nin cərimə meydançasında bir neçə avtomobil saxlanılır. Həmin avtomobillərin sahibləri nəqliyyat vasitələri-nin götürülməsi üçün təcili tədbirlər görməlidirlər.
    Məlumat üçün bildiririk ki, cərimə meydançalarında saxlanılan avtomobillər barəsində artıq müvafiq araşdırmalara yekun vurulmuşdur. Odur ki, yararsız hala düşmüş və uzun müddət cərimə meydançasın-da qalan nəqliyyat vasitələrinin sahibləri onlara məxsus olan avtomobillərin Tərtər DYPB-nin cərimə meydançasından götürülməsi üçün polisə müraciət etsinlər.
    Əks halda nəqliyyat vasitələrinin duracaqda dayanmasına görə avtomobil sahibləri qanunvericiliklə mü-əyyən edilmiş məbləğdə haqq ödəyəcəklər.

    Müəllif: Redaktor, 09:29

    Teqlər:

İsmarıclar bağlıdır.