Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    TARİXİN QANLI GERÇƏKLİKLƏRİ

    q1378q12Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların (azəri türklərin) dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə çirkin etnik təmizləmə, qırğınlar, talanlar törədən ermənilər daha hansı qəddarlıqları etməlidirlər ki, qulaqları kar olmuş bu dünya doğrunu doğru kimi eşitsin?!
    1828-ci ildən bu yana İran və Türkiyədən gəlmə ermənilər «Böyük Ermənistan İmperiyası» yaratmaq xülyası altında millətimizə qarşı nə qədər qanlı münaqişələr, qətlamlar törətdilər! Bütün bunlara tarix şahiddir.
    XIX əsrin əvvəllərində Qərbi Azərbaycanın (indiki Ermənistanın) ərazisində 73,8 faiz azərbaycanlı, 26,2 faiz isə ermənilər, kürdlər, assorilər və digər xalqların nümayəndələri yaşamışlar.
    1820-ci illərin əvvəllərində İrəvan xanlığında əhalinin 76 faizini, Naxçıvanda 86,5 faizini, Qarabağda isə 91 faizini azərbaycanlı müsəlmanlar təşkil etmişlər.
    1826-1828-ci illərdə yalnız İrandan Azərbaycan torpaqlarına 18 min erməni ailəsi köçürülmüşdür. Tarixi mənbələrdə göstərilir ki, 1826-cı ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürülmüşdür. Bu ermənilər həmin illərdə Qərbi Azərbaycan mahallarının 522 azərbaycanlı kəndinin 310-undan azərbaycanlı əhalisini zorla qovub çıxarmışlar.
    O dövrdə İrəvan şəhərinin 10 min nəfər əhalisindən 7 mini azərbaycanlı olmuşdur. Bu şəhərdə Xansarayı, Göy Məscid, Bazar Məscidi kimi 8 iri məscid vardı. Ümumiyyətlə, 1831-ci ildən ötən sonrakı 100 ildə Qərbi Azərbaycanda mövcud olan 2310 kəndin 2000-də azərbaycanlılar yaşamışlar.
    1827-1829-cu illərdə 100 minlərlə müsəlman milləti törədilən işgəncələrə dözməyərək öz əzəli və doğma torpaqlarından didərgin düşdülər və onların yurdlarına ermənilər köçürüldülər.
    Belə etnik təmizləmə və soyqırımı siyasəti erməni quldurları tərəfindən təkcə Azərbaycan torpağında deyil, Türkiyədə də çox böyük vəhşiliklə və vandallıqla aparılırdı. Yer kürəsində yaşayan heç bir millət digərinə qarşı bu qədər qəddar və əzazil ola bilməz!
    Vətəndaş müharibəsi illərində erməni quldurları 2,5 milyon türk, kürd və azərbaycanlını qətlə yetirmişdilər. İndi dünya desin görək soyqırımı kim kimə qarşı törədib?
    1905-1907-ci illərdə ermənilər tərəfindən İrəvan Quberniyasında, Qarabağda, Bakıda, Şamaxıda yüzlərlə kənd yerlə yeksan edilmiş, yüz minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirilmiş və doğma yurdlarından qovulmuşlar.
    1918-ci ilin mart ayında erməni quldurları bolşevik bayrağı altında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində azəri türklərinin soyqırımını eyni qəddarlıqla həyata keçirmişdilər—kəndlər yandırılmış, dinc əhali kütləvi surətdə qətlə yetirilmişdi.
    Vedibasar, Zəngibasar, Eçmiadzin, Basarkeçər, Dərələyəz qəzalarından erməni daşnak quldurlarının törətdikləri qırğından qaçıb Naxçıvana sığınan 1 milyondan artıq azərbaycanlı açıq havada, səfalət içərisində əzab çəkirdi, epidemiya və ehtiyac onları əldən salmışdı. Hər gün yüzlərlə adam ölürdü.
    Erməni daşnakları 1918-ci ilin yazında tək Bakı şəhərində 3 gün ərzində 12 minə yaxın azəri türkünü vəhşicəsinə qətlə yetirdilər.
    Hamazaspın quldur dəstəsi 1918-ci il mayın 1-də Qubada Kərbəlayi Məmməd Tağı oğlunun 14 nəfərlik ailəsini qılıncından keçirmişdi. Erməni əsgərlərinə müsəlman qadınları gətirmədiyinə görə Əli Paşanın gözü qabağında oğlunun gözlərini çıxarmış, sonra hər ikisini öldürmüşlər.
    1918-ci il iyun ayının ortalarında general Andranik öz quldur dəstəsilə Culfaya, oradan Naxçıvana çəkilir. Sonra Oxçay vadisilə Abrakunisdən Qafana üz tutur. Yol boyu dəstələr çoxlu miqdarda türk kəndlərini dağıdır. Təkcə Yaycı kəndində 2500 adam faciəli şəkildə öldürülür və Araz çayında batırılır.
    Zəngəzur qəzasında Andranikin silahlı birləşmələri bütövlükdə 10 min 68 adamı öldürmüş və şikəst etmişlər.
    Erməni A. Lalayan yazırdı: «Ermənistanda daşnak hökuməti 30 aylıq hakimiyyəti dövründə (may 1918-noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini… qırmışdır».
    Bədnam Andranikin dəstəsi Göyçə mahalında elin sevimli aşığı Dədə Nəcəfin üryan kürəyinə samavarı bağlayaq, odunluğuna kömür töküb kefləri üçün çay dəmləmişlər.
    Vağudi kəndində 400 nəfər məscidə doldurulmuş və yandırılmışdır.
    Nüvədi kəndində yataqda olan xəstə Əsəd bəy Məlik Abbasovun sinəsinə süngü sancmışdılar.
    Vağudidə Qədimə Tahir qızının döşlərini xəncərlə doğramış, öz qızının ağzına tıxamış və hər ikisini öldürmüşdülər.
    Ağudi kəndində Qulaməli Şəkərovun oğlunun ayağını topuqdan kəsmiş, bədənini süngü ilə dəlik-dəlik etmiş və ölənədək yeriməyə məcbur etmişdilər.
    Bağırlı kəndində 7 nəfər kişi və qadını bir evdə yandırmışdılar.
    Qatar kəndində Məşədi Qələndər kişini öldürmüş və üstünə neft tökərək camaatın gözü qabağında yandırmışdılar.
    Həmin kənddə Kərbəlayi Allahverdinin başını kəsmişdilər.
    Rəhman Əfəndi kəndində İbrahim Hacıhüseyn oğlunun gözlərini çıxarmış, diri-diri yandırmışdılar.
    Kərbəlayi Mehdinin başını kəsib yolun qırağındakı daşın üstünə qoymuşdular.
    Bir vaxtlar Qərbi Azərbaycanda 18 mahal olub və bu mahallarda yaxın keçmişədək Oğuz türkləri mütləq çoxluq təşkil ediblər.
    İrəvan, Göyçə, Dərələyəz, Vedibasar, Zəngibasar, Dilican, Zəngəzur, Ağbaba, Loru, Pəmbək, Şörəyel, Dərəçiçək, Abaran, Gərnibasar, Qırxbulaq, Karbi, Sərdarabad, Talin mahalları 30 minkvadrat kilometr ərazini əhatə edirdi. Bu mahallarda 2300-ə yaxın azərbaycanlı kəndi, neçə-neçə iri şəhər və qəsəbə vardı.
    1915-ci ildəki qarışıqlıqdan istifadə edən erməni silahlı dəstələri quldurbaşı Yaponun rəhbərliyilə Şərur-Dərələyəz Qəzasındakı müsəlman kəndlərini yerlə-yeksan etmiş, əhalinin əksəriyyətini süngüdən keçirmişdilər.
    1918-1920-ci illərdə təkcə Dərələyəzdə deyil, digər Azərbaycan və Türkiyə torpaqlarında da Andranik, Hamazasp, Hayk, Dro və Nəcdeh kimi qana susamış generallar öz quldur dəstələrilə milyonlarla dinc müsəlman əhalisini amansızlıqla qətlə yetirmiş, yüzlərlə elləri, obaları, şəhərləri, kəndləri darmadağın edib viranəyə çevirmişlər.
    Üç gün ərzində təkcə Bakı şəhərində 12 mindən çox azərbaycanlı qətlə yetirilmişdi.
    Qanlı qırğınlar Andranikin, Hamazaspın, Haykın, Dronun, Njdenin, Lalayansın, Əmirovun başçılıq etdiyi quldurterrorçu erməni dəstələri tərəfindən Azərbaycanın ətraf qəzalarında da davam edirdi. Şaumyan tərəfindən səlahiyyət verilmiş Hamazaspın başçılıq etdiyi erməni silahlı dəstələri Quba qəzasının 122 kəndini dağıtmış, yandırmış, təxminən 2000 nəfəri vəhşicəsinə qətlə yetirmişdilər. Bundan sonra terrorçular Xaçmaz, Göyçay, Ağdaş, Kür-dəmir, Cavad, Salyan və Lənkəran qəzalarında talanlar və qırğınlar törətmişdilər. Atarbekovun və Lalayansın erməni hərbi hissələri Şamaxı qəzasında 8000 nəfəri qətlə yetirmişdi ki, onların da 1653 nəfəri qadın, 965 nəfəri uşaq olmuşdu. Lalayansın göstərişi ilə kəndlərin birində qadınlar məscidə doldurularaq diri-diri yandırılmışdılar. Burada 58 kənd yandırılmışdı. Kürdəmirdə quldurlar 56 ev və 2 məscid binasını yandırmışdılar. Mikoyanın başçılıq etdiyi dəstələr isə sonradan Şamaxıya soxularaq burada 20 kəndi dağıtmışdılar. Baloğlan kəndində 535 nəfər (250 kişi, 150 qadın, 135 uşaq) öldürülmüş, 69 nəfər yaralanmışdı. Navahı kəndində 1050 nəfər öldürülmüş və yaralanmışdı.
    Qanlı soyqırım İrəvan, Göyçə, Cavanşir, Zəngəzur qəzalarının müsəlman kəndlərində, Naxçıvan və Qazaxda da davam etdirilmişdi. İrəvan, Göyçə və Qazaxda 200, Qarabağ və Zəngəzurda 75 kənd yandırılmışdı.
    Belə kədərli rəqəmləri daha çox sadalamaq mümkündür. Soyqırım 1918-ci il sentyabrın ortalarınadək davam etmişdi. Bu soyqırımda 600 minə yaxın azərbaycanlı vəhşi erməni millətçiliyinin qurbanı olmuşdu.
    * * *
    …Erməni millətçiləri üçün Ermənistanda ən münbit rayonlarda yaşayan 250 mindən artıq azərbaycanlını respublikadan zorla çıxarmaq Qarabağ məsələsini həll etmək qədər vacib idi.
    1988-ci il noyabrın ortalarında Azərbaycana 80 mindən artıq qaçqın pənah gətirmişdi.
    1948-1953 və 1988-1989-cu illərdə didərgin düşən azərbaycanlıların sayı 1,5 milyon nəfərdən çox olmuşdu. 1905-1907-ci və 1918-1920-ci illərdə olan qanlı vuruşmalarda yarım milyon azərbaycanlı Ermənistan ərazisində qətlə yetirilmişdi.
    1988-1989-cu illərdə Ermənistandan qovulan azərbaycanlıların sayı müxtəlif mənbələrdə göstərildiyi kimi 165 min, 189 min, hətta 200 min deyil, daha çoxdur. Tərk etdikləri ərazi isə bəzən mətbuatda göstərildiyi kimi 6.000 kv. km deyil, 9.800 kv. kmdən çoxdur. Nəzərə almaq lazımdır ki, Ermənistanın indiki ərazisinin 36 rayonundan 33-də 1918-ci ilədək azərbaycanlılar yaşamışdı. 1976-cı ildə Ermənistanda 319 azərbaycanlı kəndi vardı. Ermənilər tədricən kəndlərin adlarını dəyişdirdiklərinə görə 1988-ci ildə 22 rayonda 185 azərbaycanlı kənd adı qalmışdı.
    Erməni hərbi qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən dəhşətli və qanlı faciəsini – Xocalı soyqırımını törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin törətdiyi dəhşətli qırğınlardan sonra müasir dövrdə erməni separatçı-terrorçuları ilə birlikdə Ermənistan hərbi qüvvələrin və Rusiyanın 366-cı motoatıcı polkunun əsgərlərinin törətdiyi ən kütləvi və ən dəhşətli soyqırımıdır.
    Xocalı soyqırımının dəhşətli mənzərəsi belədir: 613 nəfər öldürülmüşdü (63 nəfər uşaq, 106 nəfər qadın, 70 nəfər qoca), 8 ailə tamamilə məhv edilmişdi, 25 uşaq valideynin hər ikisini, 130 uşaq valideynlərdən birini itirmişdi, 487 nəfər yaralanmışdı, 1275 nəfər əsir, 150 nəfər itkin düşmüşdü.
    Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsi dövründə Ermənistan Azərbaycan sərhədlərinin 360 kilometrlik sahəsində irəli soxularaq 20 faizədək Azərbaycan torpaqlarını işğal etmiş, Füzuli rayonundakı Horadiz qəsəbə-sindən Zəngilan da daxil olmaqla 198 kilometrlik Azərbaycan sərhədlərini nəzarət altına almışdı. Erməni işğalları nəticəsində Dağlıq Qarabağ ərazisində 50 minədək azərbaycanlının yaşadığı 2 şəhər, 1 qəsəbə, 53 kənd işğal olundu. Dağıdılmış obyektlərin, zəbt olunmuş əkin və meşə sahələrinin statistikası belədir: yaşayış evləri-102000, ictimai binalar-7000, ümumtəhsil məktəbləri-693, səhiyyə obyektləri – 695, avtomobil yolları – 800 km, körpülər – 160, su kəməri 2300 km, elektrik xətti – 15000 km, meşə sahəsi -250000 ha, əkin sahəsi- 200000 ha, tarixi abidə və muzeylər – 464
    Bundan başqa, həmçinin də civə, obsidian və perlit ehtiyatlarının hamısı, tikinti və üzlük materiallarının 35-60 faizi, meşə fondunun 23,8 faizi, su ehtiyatlarının 7,8 faizi və sair işğal olunmuş torpaqların payına düşür. Burada 2 qoruq və 3 iri su anbarı da yerləşir.
    Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafında 7 inzibati rayonun Ermənistanın silahlı qüvvələri tərəfindən işğalı nəticəsində 20 mindən çox insan qətlə yetirıilmiş, 50 mindən artıq adam yaralanmış və şikəst olmuşdur. 1 milyondan çox insan isə uzun illərdir qaçqın və məcburi köçkün şəraitində yaşamaqdadır. Azərbaycan ərazilərinin sonuncu işğalı nəticəsində 900-dən artıq yaşayış məntəqəsi talan edilmiş, yandırılmış və dağıdılmış, 6 min sənaye, kənd təsərrüfatı müəssisəsi və digər obyektlər məhv edilmiş, 450 min yaşayış binası, 4366 sosial-mədəni obyekt, eyni zamanda 695 tibb ocağı, 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və studiya məhv edilmişdir. Talan olunmuş muzeylərdən 10 mindən çox əşya və nadir eksponat oğurlanmışdır.
    Bunlar erməni vandalizminin və onun acı nəticələrinin çox kiçik bir mənzərəsidir. Qanlı tarixi gerçəkliklərin isə miqyası daha geniş və daha dəhşətlidir.

    Tofiq Yusifin “Qan iyi”
    kitabından

    Müəllif: Redaktor, 09:27

    Teqlər: ,

İsmarıclar bağlıdır.