Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    QANLI LƏKƏ

    1301565518_19180Xalqımıza qarşı iki əsr davam edən soyqırım düşünülmüş, genişmiqyaslı qanlı aksiya olub.
    1813-1828-ci illərdə Rusiya-İran müharibəsi Azərbaycanı ikiyə böldü. Türkmənçay və Gülüstan müqavilələri bu bölgüyə öz möhürünü vurdu.
    Ermənilər 1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarının 200, Şuşa, Cəbrayıl və Zəngilanın 75 kəndini viran etmişdi. Həmin dövrdə İrəvan quberniyasında ermənilərin sayı köçürülmə yolu ilə artmış, azərbaycanlıların sayı azalmışdı.
    Birinci dünya müharibəsindən sonra ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail oldular. Bakıdan azərbaycanlıların çıxarılması planını həyata keçirməyə başladılar. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Qubada, Şamaxıda insanları məscidə doldurub od verirdilər. Bu vəhşilik Qarabağda, Zəngəzurda, Naxçı-vanda, Lənkəranda da həyata keçirilirdi. 1918-ci ilin mart-aprel aylarında bu qırğın daha dəhşətli oldu.
    1918-ci il 28 may tarixində Azərbaycan Demokratik Respublikasının yaranması da qurbansız ötüşmədi. Nazirlər Sovetinin sədri F.X.Xoyski Xarici İşlər naziri M.H.Hacinskiyə yazdığı məktubda İrəvanı ermənilərə güzəştə getdiyini bildirmişdir.
    Növbəti siyasət 1948-1953-cü illərdə həyata keçirildi. Ermənilər adət etdikləri metodlarla azərbaycanlıları kütləvi surətdə ata-baba torpaqlarından çıxarmağa nail oldular.
    1943-cü ildə Stalinin razılığı ilə İrandan Azərbaycana köçürülən ermənilərin sayı artdı.
    1988-ci il. Yeni iddialar. Köhnə metodlar. Ermənilər Ermənistanla Qarabağın iqtisadi əlaqəsi olmaması barədə əsassız iddialarla yenidən öz siyasətlərini həyata keçirdilər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalını yerlə yeksan etdilər. Xocalı soyqırımını törətdilər. 31 Mart və 26 fevral soyqırımı günləri tarixin qanlı ləkələridir.
    Hamımızın birinci vəzifəsi xalqımızın üzərindən bu qanlı ləkələri silmək, erməniləri tarix qarşısında ifşa etməkdir.
    Dövlətimiz müstəqil olduqdan sonra Ulu Öndərimiz Heydər Əliyev 26 mart 1998-ci ildə 31 Martın Azərbaycanlıların soyqırımı günü kimi qeyd olunması haqqında fərman imzaladı. Bu fərman xalqımızın qan yaddaşını təzələdi. Dünya bu dəhşətləri görür. Ancaq mənfur ermənilər hələ də layiq olduqları cəzanı almayıblar. Bu sahədə təbliğat və maarifləndirmə işinin böyük əhəmiyyəti var.

    Afət Qəndilova,
    şəhər 5 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

    Müəllif: Redaktor, 10:55

    Teqlər:

İsmarıclar bağlıdır.