Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 31Mar

    XALQ ONU XATIRLAYIR

    fc4211548a86ef88a5d854896787ceb1Vətən, millət öz qəhrəman oğullarını unutmayıb, unutmayacaq da! Belə vətənpərvər igidlərimizdən biri – Milli Qəhrəman Elman Süleyman oğlu Hüseynovdan bəhs etmək is-təyirəm. Yaşasaydı, bu günlərdə 65 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da, o, həmişə xalqımızın qəlbində yaşayacaq. Tərtərdə bu il də onun xatirə, anım gecəsinə yığışdıq.
    O dövrün-Qarabağ müharibəsinin alovlandığı ilk illərin şahidləri və şəhidin silahdaşları bir daha xatirələrini təzələyib Elmanın həyatından, şanlı döyüş yolundan danışdılar. Bu, gənc nəslin tərbiyəsində, tarixin olduğu kimi gələcək nəsillərə ötürülməsində vacibdir. Başımıza gətirilən müsibətlərin bir səbəbi də elə uzun illər tarixin saxtalaşdırılması, qardaşın düşmən, düşmənin dost kimi tanıdılması olmuşdu.
    Ermənilərin və onların havadarlarının ötən əsrin əvvəllərində torpaqlarımızı işğal edib millətimizi soyqırımına məruz qoyması həmişə başqa cür təqdim edilmişdi. Biz də fərqinə varmadan ilanı bağrımıza basıb özümüzdən çox istəmişdik… Halbuki o tarixi olduğu kimi bilsəydik, növbəti dəfə təcavüz cəhdinə belə hazırlıqsız, qəfil yaxalanmaz-dıq. Amma qəhrəman Vətən oğullarının, vətənsevər igidlərimizin şücaəti sayəsində nəticə heç də düşmənin planlaşdırdığı kimi olmadı.
    Xüsusi qeyd etmək istəyirəm ki, Elman Hüseynov vəzifə sahibi idi. O, 3 il Tərtər Xalq Nəzarəti Komitəsinin sədri, 3 il icraiyyə komitəsi sədrinin birinci müavini, 2 il Tərtər-çay Hidroqovşağı İstismar İdarəsinin rəisi işləyib. Sonuncu iş yeri Tərtər Rayon Partiya Komitəsi olub. Dəfələrlə rayon sovetinə deputat seçilib. Vəziyyətin kəskinləşdiyi, ağırlaşdığı dövrdə – 1991-ci ildə işindən, vəzifəsindən imtina edərək könüllülərdən ibarət müdafiə taboru yaradıb. Əvvəlcə Tərtər özünümüdafiə qərargahının rəisi, daha sonra Tərtər ərazi özünümüdafiə batalyonunun komandiri təyin olunub. Bir yerdə döyüşmüşük. O, Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad edilməsində fərqlənib. Onun rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli hərbi texnikası, silah-sursatı və canlı qüvvəsi məhv edilib. İki dəfə yaralanmasına baxmayaraq, sağalar-sağalmaz yenidən silaha sarılıb, cəbhəyə yollanıb. Vəng yüksəkliyi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. 1995-ci ildə Elman Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Tərtər şəhərində büstü ucaldılıb, adına muzey açılıb. Onun Qaraqoyunlu kəndindəki məzarı gənclərin ziyarət, and yeridir.
    Xalq onu xatırlayır, ruhuna dualar oxuyur. Amma bilirik: şəhidlərimizin ruhu yalnız torpaqlarımız tamamilə azad edildikdən, düşmən vətənimizdən qovulduqdan sonra rahatlıq tapacaq! O günsə uzaqda deyil! Biz mütləq dövlətimizin ərazi bütövlüyünü bərpa edəcəyik! Özü də nəyin bahasına olursa-olsun…

    Eldəniz İBADOV,
    Tərtər şəhər sakini, müharibə veteranı
    “Azərbaycan” qəzeti

    Müəllif: Redaktor, 12:19

    Teqlər:

İsmarıclar bağlıdır.