Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    скачанные файлы“Nənə” sözünü eşidəndə ağlımıza gələn, bütün sevgisi, şirinliyi ilə könlümüzü oxşayan, gözlərimiz önündə canlanan öz nənələrimiz olur: Valideynlərimizin anaları. “Böyük ana” da deyirlər çox vaxt onlara. Nənə ucalığına gedən yol sevgidən, mərhəmətdən keçər. Hər dəfə nənələrin əlləri nəvələrin üzərində gəzdikcə məst olurlar, şirin-şirin yuxulara dalırlar.
    “Dövlətdə dəvə, övladda nəvə,” ­­­­–deyib babalarımız.
    Nənə üçün nəvədən əziz, şirin heç nə yoxdur.
    Folklorumuzun böyük bir hissəsini nənələrin öz nəvələrinə düzüb qoşduqları laylalar, bayatılar, oxşamalar təşkil edir. Nənələr olan evdə nəvaziş olar.
    Bəzən nəvələr nənə-babalarından kənarda yaşasalar da, vaxt tapan kimi yanlarına qaçırlar. “Nənəmgilə gedirik,”–deyirlər.
    Nəvələrin bir gülüşü, bir sevinci üçün nələr etmir onlar? Əli qələm tutan körpə fidanlar ana-ata, nənə-baba sözlərini bir yazıb, bir oxuyurlar. Görəsən hansı tellərdir bu qədər yaxınlıq və bağlılıq yaradan? Uşaqların dili ilə desək:
    Sizi, ay nənələr, çox sevirik biz,
    Axı üstümüzdə zəhmətiniz var.
    Nəvələrin nənələrdən ən çox istədikləri nağıllar olur. Biri bitdikdə: “Can nənə, birini də de”,–deyərək, təkid edirlər. Nağılların təsirindən uşaqlar özlərini nağıl qəhrəmanları kimi hiss edirlər. Sonda göydən düşən 3 almadan biri nağıla qulaq asanın deyincə, sanki dünyanı onlara bağışlayırsan kimi sevinirlər.
    Nənəlik hissini bütün qadınlara arzulayrıq.

    Səlimə Yusibova

    Müəllif: Redaktor, 10:14

    Teqlər:

İsmarıclar bağlıdır.