Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    İSLAHATLAR ÖZ SƏMƏRƏSİNİ VERİR

    1477199708_481887Ümumdünya Səhiyyə Təşkilatı-Səhiyyə Təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlığı ilə əlaqədar problemlərin həllinə çalışan BMT-nin ixtisaslaşmış qurumlarından biridir.
    1946-cı ildə Nyu-Yorkda keçirilən beynəlxalq səhiyyə konfransında yaradılmışdır. 7 aprel 1948-ci ildə təşkilatın nizamnaməsi qüvvəyə minmişdir (həmin gün Ümumdünya Sağlamlıq Günü kimi qeyd olunur). Təşkilatın mənzil-qərargahı Cenevrədə yerləşir.
    Üzv dövlətlərin sayı 190-dır. Ümumdünya Sağlamlıq Təşkilatının əsas məqsədi “bütün dünyanı yüksək sağlamlıq həddinə çatdırmaqdır”.
    Dərin təfəkkürə malik olan Ümummilli Liderimiz Heydər Əliyev 1995-1996-cı illərdən etibarən bütün sahələri əhatə edən əsaslı islahatların aparılmasına göstəriş verdi. Daha doğrusu, müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq ölkədə köklü islahatların aparılması zərurəti yaranmışdır. Bu üsul Azərbaycan üçün yeni olsa da, Heydər Əliyevin düzgün siyasi kursu ölkəmizə uğur gətirdi. Digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də köklü islahatlara başlanıldı. Bunun nəticəsində Azərbaycan səhiyyəsi dünyanın ən demokratik, inkişaf etmiş ölkələrinin anoloji sahələri ilə müqayisə olunacaq səviyyəyə yüksəldi. Bu sahədə aparılan islahatların uğurla davam etdirilməsi Azərbaycan səhiyyəsinin beynəlxalq standartlara tam cavab verən səviyyəyə yüksəldilməsi istiqamətində atılan addımlar öz bəhrəsini vermişdir. Regionlarda yüksək səviyyəli müalicə-diaqnostika mərkəzlərinin, müasir xəstəxanaların tikilərək insanların istifadəsinə verilməsi, özəl sahənin inkişafına göstərilən qayğı və diqqət buna parlaq misaldır.
    Elə bu sahədə Tərtər rayonunda da xeyli işlər görülmüşdür. Belə ki, son illər xəstəxananın poliklinika şöbəsi və mərkəzi xəstəxananın özü tam şəkildə əsaslı təmir olunmuş, müasir tələblərə cavab verən lift və yeni reanimasion aparatlar quraşdırılmışdır.
    Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev də səhiyyənin inkişafına daim böyük diqqət və qayğı göstərir. Bir sıra ciddi ağır xəstəliklərlə mübarizəyə dair Dövlət Proqramları qəbul edilmişdir. Çünki, səhiyyənin inkişafı əhalinin sağlamlığının təmin olunması deməkdir.
    Artıq 4-cü ildir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin göstərişi ilə hər il fevralın 15-dən mayın birinədək əhalinin kütləvi tibbi müayinəsi həyata keçirilir. Xəstəliklərin erkən aşkarlanmasında bu müayinələrin çox böyük əhəmiyyəti var.
    Hal-hazırda rayonumuzda əhalinin profilaktik tibbi müayinədən keçirilməsi davam olunur. İndiyədək müayinədən 28 min 200 adam keçib. Tibbi müayinə davam edir.
    2017-ci ilin əvvəlinə Azərbaycanda 32,6 min həkim, 55 min orta tibb işçisi, 1751 ambulator poliklinika müəssi-səsi, 559 xəstəxana var.
    Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbər tutduğu kurs Ulu Öndərin kursudur, ali məqsəd isə qəbul etdiyi Dövlət Proqramları ilə ölkənin dinamik inkişafını təmin etməklə Heydər Əliyevin əsəri olan müasir Azərbaycanı daha da gücləndirmək və gülüstana çevirməkdir.

    Bəkir Nağıyev,
    rayon mərkəzi xəstəxanasının terapevti

    Müəllif: Redaktor, 10:26

    Teqlər:

İsmarıclar bağlıdır.