Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    212121evСамид_ИмановAtəşkəsdən bəri heç də dinc dayanmayan erməni silahlı dəstələri, zaman-zaman təxribata əl ataraq cəbhəyanı kənd və qəsəbələrə, dinc sakinlərə tez-tez atəş açır, onları qətlə yetirir, yaralayır və ya əlil edir, evləri iriçaplı silahlarla yararsız hala salırdılar. Hətta bu səpkidə çirkin əməlləri o yerə çatdırdılar ki, uşaq oyuncağının içərisinə partlayıcı qurğu yerləşdirib su vasitəsilə Azərbaycan ərazisinə axıtdılar, bu riyakarlıqdan xəbərsiz olan kiçik yaşlı Tovuz sakini bu oyuncağı tapıb oynayarkən qurğu partladı və qızcığaz faciəli şəkildə həlak oldu.
    Həmçinin, 8 Mart Qadınlar bayramı günündə erməni snayperçısi namərdcəsinə atəş açaraq öz həyətlərində azyaşlı Ağdam sakini Farizi şəhid etdi və erməni qəddarlıqlarını bütün dünyaya bir daha sərgiləmiş oldu.
    Bütün bu cinayətlərin qarşısında rəşadətli Ordumuz səbr edərək atəşkəsə ciddi riayət edir, “bəlkə ağılları başlarına gələr” – deyə, münaqişəni sülh yolu ilə həll etməyə çalışırdılar. j4444455Ancaq düşmən daha da irəli gedərək mövqelərimizə hücum edir, gah mina atanlardan, gah da digər dağıdıcı silahlardan istifadə edərək şəhidlərimizin sayını artırırdı. Artıq necə deyərlər, bıçaq sümüyə çatmışdı. Onlara cavab verilməli idi, özü də elə bir cavab ki, erməniləri qəflətdən ayıltsın ki, sənin qarşında dayanan ordu, artıq heç də yaxın keçmişdə tələm-tələsik qurulan, yarısilahlı özünümüdafiə dəstələri deyil! Diqqət et ki, oynadığın atəş səni yandırmasın.
    2016-cı il aprelin 1-dən 2-nə keçən gecə saat 3 radələrində mövqelərimizə yenə də həmlə etməyə çalışan düşmən Ali Baş Komandanın əmri ilə Ordumuz tərəfindən çox ciddi əks hücumla qarşılandı. Onlara verilən bu cavab eyni zamanda dövlətimiz və xalqımız tərəfindən bütün dünyaya bir mesaj idi ki, biz istədiyimiz zaman torpaqlarımzı işğal etmiş qüvvələri silah gücünə ərazilərimizdən qovub çıxara bilərik. Sadəcə yenidən qan axıdılmasının qətiyyətlə əleyhinəyik. Hər halda bu həqiqəti istər ermənilər, istərsə də onların havadarları çox gözəl bilməlidir.
    Əks hücum çox qısa zaman kəsiyində cəbhənin Füzuli Ağdərə, Goranboy və Tərtər istiqamətində öz müsbət nəticələrini verdi.
    Çoxlu sayda canlı qüvvə və texnika itirən düşmən təlaş və qorxu içərisində çıxış yolları aramağa başladı. Erməni ordusunun bir kapitanı öz müsahibəsində qeyd edir ki, Azərbaycan Ordusu qısa zamanda 40 km.-dək əraziyə nəzarəti ələ aldı.
    Əlbəttə ki, Azərbaycan Ordusu da bu əks hücum zamanı şəhidlər verdi, yaralılar oldu. Hər vaxt olduğu kimi, ermənilər yenə də öz alçaq xislətlərinə sadiq qalaraq Tərtər rayonunu və kəndləri, əlbəttə ki, dinc əhalini artilleriya atəşinə məruz qoydular, mülki əhali arasında şəhidlər və yaralılar oldu. Bir çox evlərə dağıdıcı zərbələr dəydi. Buna baxmayaraq artıq aprel cavabı öz nəticəsini vermişdi və hər an da verməkdədir.
    Biz bu qısa müddətli müharibə zamanı bir çox hadisələrin şahidi olduq. Məsələn, igid zabitlərimizin öz əsgərlərinə örnək olan qəhrəmanlıqlarını. Heç ikinci dünya mühari-bəsi zamanı da Sovet Ordusu sıralarında rast gəlinməyən bir sücaəti Milli Ordumuzun zabiti mayor Əliyev Elnur Adil oğlu öz əsgərləri üçün etdi. O, düşmənin atdığı əl qum-barasını öz bədəni ilə örtərək əsgərlərini ölümdən xilas etdi. Adətən əsgər öz komandirini belə qoruyar. Belə Qəhrəmanı olan ordu heç zaman yenilməz! Və eləcə də XTQ.-in zabiti mayor İmanov Samid Gülağa oğlu öz həyatını yaralı gizirinə fəda etmiş, onu yaralandıqdan sonra döyüş meydanından çıxarmağa çalışan döyüşçülərə qətiyyətlə yaralı giziri çıxarmağı əmr etmiş, özü isə onlar qayıdana qədər qanaxmadan şəhid olmuşdur.
    Tərtərli Nicat İsgəndərov da şəhidlik zirvəsinə ucalaraq yoldaşlarının həyatını xilas etdi.
    Xalqımız heç zaman sizi unutmayacaq, igidlər!
    Aprel döyüşləri zamanı biz bir şeyi də çox gözəl dərk etdik ki, xalqımızın döyüş ruhunu sındırmaq qeyri mümkündür! Artilleriya atəşi altında rayonumuzun bütün idarələri bir gün də olsun işini dayandırmadı. Xəstəxana personalından tutmuş redaksiya işçilərinə qədər. Bunların da böyük əksəriyyəti xanımlardır. Azərbaycanımızın bütün bölgələrindən cəbhəyə axın başladı, hətta xaricdə yaşayan həmvətənlərimiz belə bu müqəddəs işdə iştiraka can atdılar. Çox maraqlı bir mənzərə yarandı, ermənilər fərarilik edənlərinin qarşısını almaq üçün post qurdular, bizim əsgərlərimiz isə səngərlərə can atan mülki vətəndaşların qarşısını almaq üçün! Bir sözlə, möhtəşəm bir vətən sevgisinin nümayişi oldu aprel mücadiləsi.
    Baş verən bir hadisə də hökmən qeyd olunmalıdır; XTQ-in qrup komandiri, polkovnik-leytenant Murad Telman oğlu Mirzəyevin atasının şəhid oğlunun nəşi qarşısında qürurlu duruşu! Möhtərəm ata o əzəmətli duruşu ilə onu görənlərin qəlbində bir əbədiyaşar abidə ucaltdı! Mənfur düşmənlər öz adətlərinə sadiq qalaraq bizim şəhidlərin bəzi-lərinin bədənlərinə hörmətsizlik etmişdilər. Heç də asan məsələ deyildi ki, dəhşətli işgəncəyə məruz qalmış oğulun cansız bədəninə elə əzəmətli bir sükutla baxasan! O ata, hər kəsə bir örnək oldu öz lal-dinməz baxışlarıyla!

    Saleh Ədilov

    Müəllif: Redaktor, 10:53

    Teqlər:

İsmarıclar bağlıdır.