Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12Apr

    AZƏRBAYCAN ORDUSUNUN ZƏFƏR YÜRÜŞÜ

    1465891868_etatistLeletepeÖtən ilin aprelində ayın 1-dən 2-nə keçən gecə və bundan sonrakı günlər ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qaldı. Bunun nəticəsində əsgərlərimizlə yanaşı mülki əhali arasında da ölən və yaralananlar oldu, yaşayış məntəqələrinə ciddi ziyan dəydi.
    Təxribatın qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində əks hücum tədbirləri həyata keçirildi. Nəticədə erməni silahlı birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad edildi.
    Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam azad olundu.
    Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısı dedi: “Bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər, eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyatlar nəticəsində – onu da demək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır: – biz böyük hərbi qələbəni qazandıq”. Dövlət başçısı öz çıxışında Azərbaycan Ordusunun erməni təxribatına verdiyi cava-bı çox yüksək qiymətləndirdi: “Ermənistan ordusu bu gün çox böyük zərbə almışdır. Atəşkəs rejimindən sonra ilk dəfədir ki, onlara belə sarsıdıcı zərbə vuruldu”.
    Aprel hadisələri zamanı rayonumuzda 256 evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağıdılıb.
    Hadisələrdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xanımı Mehriban Əliyeva ilə Tərtər rayonuna səfər etdi, Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində dağılmış evlərin sakinləri ilə görüşdü, cəbhə xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində oldu. Bundan sonra dağılmış evlərin təmiri məqsədi ilə Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayrıldı. Ötən il Tərtərə ikinci səfəri zamanı dövlətimizin başçısı və ölkənin birinci xanımı bərpa edilmiş evlərin sakinləri ilə yenidən görüşüb, onların vəziyyəti ilə maraqlandılar.
    Aprel ayında baş vermiş hadisələr ordumuzun gücünü, qüdrətini, Azərbaycan əsgərinin şücaətini, xalqla iqtidarın birliyini, ordu ilə sıravi vətəndaşların eyni amal uğrunda mübarizəsini bütün dün-yaya nümayiş etdirdi.
    Həmin günlərdə Tərtərə gələn yüzlərlə xarici qonaq rayon sakinlərinin mərdliyini heyranlıqla müşahidə edirdi. Rayonda hədsiz ruh yüksəkliyi, coşqunluq müşahidə olunurdu.
    Aprel müharibəsində biz şəhid verdik, xalqımızın cəsur, vətənpərvər, igid oğulları torpaq uğrunda canlarından keçdilər. Allah şəhidlərimizə rəhmət eləsin!

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.