Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10May

    DSC_0590Torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan vətən oğullarından biri də şəkildə gördüyünüz Abbasov Maarif İbrahim oğludur. O, 1967-ci il yanvarın 5-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə başa vurandan sonra hərbi xidmətdə olub. Bir müddət Tərtər Rayon Texniki Təchizat İdarəsində işləyib. 1993-cü ilin noyabr ayında Azərbaycanın ordu sıralarına yazılaraq ərazidəki hərbi hissədə doğma torpaqlarımızın müdafiəsinə qalxdı. Ağdərə istiqamətində gedən döyüşlərdə, 1994-cü ildə Güllücə kəndində şəhid oldu.
    Bunları mənə Maarifin qardaşı Mobil danışdı. Qeyd etdi ki, qardaşı Maarif 1992-ci ildə ailə qurmuşdu. Arif adlı bir oğlu var.
    Mobil deyir ki, mən də Maariflə birgə ermənilərə qarşı döyüşmüşəm. 1993-cü ildən 1995-ci ilin sonuna kimi hərbidə olmuşam.
    Qardaşı Mobil onu da qeyd etdi ki, sağ olsun ölkə başçısı İlham Əliyevi. Torpaqlarımız uğrunda şəhid olan vətən oğullarının ailələrinə qayğını daim diqqət mərkəzində saxlayır.
    2015-ci ildə Tərtər rayonunun şəhid ailələri və əlillər üçün inşa olunan 54 mənzilli binada Maarifin ailəsinə hər cür şəraiti olan 2 otaqlı mənzil verilib.

    Mirzə Nəsir

    Müəllif: Redaktor, 10:11

    Teqlər:

İsmarıclar bağlıdır.