Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    DSC_1548 (Копировать)Изображение 160Alman faşizmi üzərində qələbənin 72-ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri Böyük Vətən müharibəsində həlak olan həmyerlilərimizin xatirəsinə ucaldılmış abidənin önündə qeyd olundu. Əvvəlcə tədbir iştirakçıları abidənin önünə gül-çiçək dəstələri qoyaraq Böyük Vətən müharibəsində və Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsini yad etdilər. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə veteranları və tədbir iştirakçılarını təbrik etdi, onlara ən xoş arzularını çatdırdı.
    Rayon rəhbəri qeyd etdi ki, Böyük Vətən müharibəsi illərində doğma Tərtərimizin də 2417 nəfər oğlu və qızı alman faşizminə qarşı igidliklə döyüşmüşlər. Onlardan 1079 nəfəri müharibədə həlak olaraq əbədiyyətə qovuşmuşdur. Hazırda rayonumuzda 5 nəfər Böyük Vətən müharibəsi veteranı yaşayır.
    Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları rayon təşkilatının sədri İman Almuradov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tərtər Rayon Şöbəsinin sədri Nizami Heydərov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Sonra Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədri Suliddin Yusibov Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədova Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalını təqdim etdi.
    Sonda veteranlara rayon icra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim olundu.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:16

İsmarıclar bağlıdır.