Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 19May

    011Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin layihə rəhbəri Albəndov Vəli Nəbi oğlu ölkəmizdə tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Əməkdar Mühəndis” fəxri adına layiq görülüb. Bu, Vəli Albəndovun ikinci dövlət təltifidir. 2012-ci ildə bacarıqlı mühəndis inşaat sahəsində çoxillik səmərəli fəaliyyətinə görə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə də təltif olunub.
    Hər iki mükafat onun Vətən qarşısında xidmətlərinə Prezident İlham Əliyev tərəfindən verilən yüksək qiymətdir.
    Fəxri ada layiq görülməsi münasibəti ilə bütün tərtərlilər adından Vəli müəllimi ürəkdən təbrik edir, ona cansağlığı, gələcək işlərində daha böyük müvəffəqiyyətlər arzulayırıq. Hesab edirik ki, ölkə rəhbərinin Vəli Albəndovun əməyinə verdiyi yüksək qiymət cəbhə bölgəsi olan Tərtərimizin hər bir vətəndaşına Prezident İlham Əliyev tərəfindən göstərilən qayğının daha bir nümunəsidir.

    “Yeni Tərtər”

    DAHA YÜKSƏK UĞURLAR ARZULAYIRAM

    Şagirdim olmuş Vəli Albəndovu “Əməkdar mühəndis” fəxri adına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, ona əmək fəaliyyətində və şəxsi həyatında daha böyük uğurlar arzulayıram!

    Sabir Zeynalov, idman ustası, təqaüdçü müəllim

    Müəllif: Redaktor, 10:32

    Teqlər:

İsmarıclar bağlıdır.