Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    48_LachinRayonuLaçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.
    Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.
    Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.
    Ötən əsrin 70-ci illərində Laçında onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyvandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir.
    Görülmüş tədbirlər nəticəsində rayonda 133 idarə və müəssisə, o cümlədən 23 tikinti və 16 sənaye müəssisələri fəaliyyət göstərmişdir.
    1992-ci ilin mayın 18-də Laçın rayonu xəyanətin qurbanı oldu və erməni silahlı qüvvələri tərəfindən işğal edildi.
    Laçının işğalı ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.
    264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.
    Hazırda rayonun 65 min 507 nəfər əhalisi respublikanın 59 şəhər və rayonlarına, “Taxta-körpü” qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

    Müəllif: Redaktor, 10:00

    Teqlər:

İsmarıclar bağlıdır.