Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    ÜÇÜNCÜ SİNİF ŞAGİRDİ İBRAHİMİN UĞURLARI

    Изображение 183Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dün-yanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

    Uşaqlar həyatımızın sevinc dolu bir dünyasıdır–bütün qayğılarımızın, diqqətimizin əsasını təşkil edən bir dünya. Məhəbbətimizin çox hissəsi uşaqlarımıza ayrılır. Onlar bu məhəbbətdən pərvazlanaraq gələcəkdə həyatımızı mənalandırırlar. Gözəl tərbiyə ilə böyümüş övladlarımız qürur yerimiz olaraq həyatımızın güzgüsünə çevrilir. Onlar ata, ananın, baba-nənələrin, hətta bir xalqın fəxrinə, qüruruna dönürlər. Xoşbəxtlik elə üz-gözlərindən oxunur, bu insanların.
    Hamımızın hörmət etdiyi ağ-saqqal partiya işçisi olan Zakir müəllim də belə valideynlərdən biridir. O, baba olaraq nə-vəsi balaca İbrahimin İlk uğurlarından elə ürəklə danışırdı ki, üz-gözündən sevinc tökülürdü, sanki dünyada bütün ar-zularına çatmışdı.
    –Nəvələrim 2 uşaqdır–bir qız, bir oğlan. Ibrahim 3-cü, Kəklikxanım ikinci sinifdə oxuyurlar. Hər ikisi şəhər 1 saylı tam orta məktəbin şagirdləridir. Dərs əlaçısıdırlar. Məktəbdə keçirilən sınaq imtahanlarından həmişə yüksək bal toplayırlar. Müəllimləri İlhamə Səlimova və Nailə Fətəliyeva onlardan razılıq edirlər. Bilirsiniz bu razılıq hissləri ailəmizi nə qədər sevindirir! Onlar öz uğurları ilə bizim dünyamıza əlavə sevinc qatırlar. Allah hər kəsə o sehirli dünyadan qismət eləsin!
    –Yaxşısı budur İbrahimin özü ilə görüşüb, söhbət edək, bu daha məqsədəmüvafiq olar,– dedim. Çox çəkmədi ki, balaca İbrahim öz mükafatlarını götürüb redaksiyamıza gəldi…
    Elə ilk baxışdan onun qeyri-adi bir uşaq olduğunu hiss etdim. Verilən sualları düşünərək cavablandırırdı, doğru olduğunu bilmək üçün arabir babasının üzünə baxırdı.
    Ibrahim 2008-ci il iyulun 8-də Tərtər şəhərində doğulub. Ona bütün uşaqlara verilən bir sualı verdim:
    –İbrahim, səni atan Rüstəm müəllim də, anan Günel həkim də, nənə və babaların da çox istəyirlər, bəs, sən hansını da-ha çox istəyirsən?
    Duydum ki, uşaqda bir az tərəddüd yaratdım. Bir az ara verib, dilləndi:
    –Hamısını çox istəyirəm–dedi.
    Sonra dərsləri ilə və dərsdən kənar məşğuliyyəti ilə maraqlandım. Söylədi ki, bacım da, mən də həmişə dərslərimizdən əla qiymətlər alırıq. Hər dəfə sınaq imtahanlarından çox bal toplayıb birinci yerə çıxırıq. İdman oyunlarından kikbok-sinqi və şahmatı sevirik. Şahmat oynamağı bizə babam öyrədib.
    Ötən il rayonumuzda ölkə Prezidenti İlham Əliyevin açılışında iştirak etdiyi Uşaq və Gənclər şahmat məktəbi yeni-yetmə şahmatçılarımızın yetişməsi üçün gözəl bir məkana çevrilib. Uşaqların məşqləri məktəbin direktoru Həsən müəllimin nəzarətində aparılır. İbrahimin məşq müəllimi isə gənc şahmatçı Sevinc müəllimədir.
    Ibrahim aldığı mükafatları bir-bir göstərərək məlumat verir. Ilk uğuru ötən il Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda olub. Yeniyetmələr və gənclər arasında aparılan kikboksinq idman yarışında 2008-2010-cu il təvəllüdlülər və 24 kq çəki dərəcəsində I yerə çıxaraq Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Tərtər Rayon Gənclər və İdman İdarəsinin “Diplomu”na layiq görülüb. Digər mükafatları isə bir neçə dəfə şahmat yarışlarında qazandığı “Diplom”, “Fəxri fərman”lar olub. O, həm də təhsil aldığı 1 saylı tam orta məktəbin 3-cü sinif şagirdləri arasında müsabiqədə fərqləndiyinə görə “Təltifnamə” alıb.
    Bütün bu uğurları göstərir ki, İbrahim gələcəkdə özü dediyi kimi savadlı bir dövlət məmuru olacaq.
    Ibrahim kimi uşaqlarımız təkcə böyüdükləri ailənin, təhsil aldıqları məktəbin deyil, hər birimizin, ən ümdəsi Azər-baycanın övladıdır. İbrahimə daha uğurlu təhsil illəri və şahmat yarışlarında qələbələr arzulayıram.
    Babası Zakir müəllim isə, özünün dediyi kimi həmişə “İbo” ilə fəxr etsin.

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:19

    Teqlər: ,

İsmarıclar bağlıdır.