Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,320
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    HEYDƏR ƏLİYEV MƏRKƏZİ

    Müasir Azərbaycan Heydər Əliyevin əsəridir. Biz hamımız, bütün Azərbaycan xalqı gərək bundan sonra onun gördüyü işləri davam etdirək, genişləndirək, onun yolu ilə Azərbaycanı gələcəyə aparaq.                                                   İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti

    Heydər Əliyevin adını daşıyan parkdayam. Bura tərtərlilərin sevimli istirahət guşəsidir. Park sovetlər dövründə salınıb. Son illərdə isə insan əlinin zəhməti ilə təbiətin bu gözəl guşəsinə min-bir yaraşıq verilib. Heydər Əliyev Mərkəzi də burada yerləşir.
    2012-ci il oktyabrın 7-də möhtərəm Prezidentimiz İlham Əliyev Tərtərdə olarkən Mərkəzlə tanış olmuş, onun fəaliyyətilə əlaqədar tövsiyələr vermişdir.
    Ürək çırpıntıları ilə bu müqəddəs məkana daxil oluram. Ilk növbədə diqqətimi çəkən foyedə yanan I Avropa Oyunlarının çırağıdır.
    Müqəddəs “Atəşgah məbədi”ndən götürülən bu od dahi şəxsiyyətin qəlbindən Azərbaycanın hər bir guşəsinə səpələnən nura bənzəyir. Onun fiziki yoxluğu bu nuru azalda bilməyib. Əksinə, arzuları gerçəkləşdikcə, Azərbaycan daha da qüdrətlənir və bu gün artıq ölkəmizi bütün dünya tanıyır. Azərbaycan dünyada sülhün, xalqlar arasında dostluğun ünvanına çevrilir.
    Təsadüfi deyil ki, rayonumuzda olan xarici qonaqlar Heydər Əliyev Mərkəzinə gələrək dahi şəxsiyyətə ehtiramlarını bildirirlər. I Avropa Oyunları məşəlinin rayonumuza gətirilməsi ilə bağlı Tərtərə gələn əcnəbilərdən biri Mərkəzin eksponatları ilə tanışlıqdan sonra demişdir:
    –Xalqınız xoşbəxtdir ki, Tanrı sizə Heydər Əliyev kimi bir lider vermişdir və bu gün onun yolunu İlham Əliyev kimi güclü, humanist və xeyirxah bir prezident davam etdirir.
    Mərkəzdə olarkən ikinci mərtəbədə İsmayılbəyli kənd tam orta məktəbinin şagirdləri və onları müşaiyət edən müəllim Lətif Məmmədovla görüşdüm. Lətif müəllim dedi:
    –Artıq ikinci ildir ki, rayonumuzun XI sinif şagirdlərinə Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və fəaliyyəti barədə dərslər keçirilir. Bu dərslərin xüsusi əhəmiyyəti ondan ibarətdir ki, şagirdlər təkcə məruzələri dinləmirlər, həm də deyilənlər barədə əyani surətdə məlumat alırlar.00002
    Eksponatlar arasında Heydər Əliyevin öz gözəl xətti ilə yazdığı ərizələr, onun bütün qiymətləri “5” olan kamal attestatı, diplomu və digər sənədlər uşaqlarda elmə marağı daha da artırır.
    BAM-a gedən ilk qatarın fəxri sərnişininin adına verilən bilet isə göstərir ki, Heydər Əliyev Moskvada işləyərkən təkcə Azərbaycan xalqının deyil, digər xalqların mənafeyi üçün də yorulmadan çalışmışdı. Ona görə də bu gün öz vətənində də, onun hüdudlarından kənarda da məhəbbətlə anılır.
    Burada rastlaşdığım digər insan isə hərbiçi atası idi. O bildirdi ki, Masallı rayonundan gəlib. Oğlu bizim bölgədə ordu sıralarında qulluq edir. Onunla görüşməyə gəlmişdi, indi isə Heydər Əliyevə olan məhəbbəti onu bu Mərkəzə gətirib.
    Buradakı hər bir eksponat insana ruhi qida verir. Budur, Ümummilli Liderin 1994-cü ildə N.saylı hərbi hissədə səngərdə əsgərlərlə çəkdirdiyi şəklin qarşısındayıq. Hərbiçi atası söhbətini davam etdirir:
    –Bu gün Azərbaycanda güclü, müasir ordunun olması Heydər Əliyevin, eləcə də onun yolunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin zəhmətlərinin bəhrəsidir. Buna görə də bir valideyn kimi daim onlara minnətdaram.
    Heydər Əliyevin Tərtər səfərlərinə, onun həm-yerlilərimizlə görüşlərinə həsr edilən eksponatların saxlandığı guşə də olduqca maraqlıdır. Burada fotoşəkillər, videoçarxlarla yanaşı, həmyerlilərimizin Ulu Öndər haqqında xatirələri yazılmış disklər saxlanılır. Sadə zəhmət adamlarının onun haqqında söylədikləri hər kəlmədə böyük məhəbbət duyulur.
    “Ümid” körpüsünün açılışında iki dahi şəxsiyyətin – Heydər Əliyevin və Süleyman Dəmrəlin görüşünü əks etdirən fotoşəkillərin yanından da həyəcansız ötmək olmur. Məhz bu münasibətlərin davamıdır ki, bu gün Azərbaycan ilə Türkiyəni bir-birinə möhkəm qardaşlıq telləri bağlayır.
    Heydər Əliyev həyat yoldaşını, ailəsini dərin bir məhəbbətlə sevirdi. Onun ailəsi ilə birlikdə çəkdirdiyi fotoşəkillərə baxanda bir daha aydın olur ki, həqiqətən də hər bir güclü şəxsiyyətin arxasında güclü bir qadın dayanır.
    Heydər Əliyev Mərkəzində müasir elektron kitabxana var. Burada dahi şəxsiyyətə həsr olunmuş 2 minə yaxın kitab saxlanılır. Mərkəzin elektron saytına daxil olub buradakı kitabların hər birini oxu-maq mümkündür.
    Elmira Axundovanın “Şəxsiyyət və zaman”, Seyfəddin Qəndilovun “Dövlət İdarəçilik Akademiyası Heydər Əliyev dühasının bəhrəsidir” və digər kitablardan ziyalılarımız, xüsusən də gənclər zəngin məlumatlar əldə edə bilərlər.
    Mərkəzin ekskursiyaçısı Samirə Səfərova bildirdi ki, burada tez-tez müxtəlif tədbirlər keçirilir. Rayon icra hakimiyyəti aparatının, YAP rayon təşkilatının, gənclər və idman idarəsinin xətti ilə keçirilən yığıncaqlarda, “dəyirmi masa”larda yüzlərlə tərtərli iştirak edir. Bu isə bir daha Heydər Əliyevin zəngin mənəvi irsinin təbliğində və öyrənilməsində müstəsna əhəmiyyət kəsb edir.
    Son vaxtlar yeni bir ənənə də yaranıb. Bu da Mərkəzdə nigah mərasimlərinin təşkil olunmasıdır. Həyatlarının ən unudulmaz gününü məhz bu müqəddəs məkanda keçirən gənclər Vətəni, xalqı, ailəni Ulu Öndər kimi sevəcəklərinə söz verirlər.
    Samirə xanım onu da bildirdi ki, Mərkəzdə kompüter və rəsm dərnəkləri fəaliyyət göstərir, gənclərin istifadəsi üçün internet otağı ayrılıb.
    Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifovanın da ürək sözlərini dinlədik. O dedi:
    –Ulu Öndərin adı ilə bağlı bir Mərkəzdə işləmək, onun zəngin irsinin təbliğatçısı olmaq həm şərəfli, həm də məsuliyyətli bir işdir. Bu işin öhdəsindən layiqincə gəlməyə çalışırıq.

                                                                                                                                                                         Svetlana Bağırova

    Müəllif: Redaktor, 08:46

    Teqlər:

İsmarıclar bağlıdır.