Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,215
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30May

    TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN GÜN

    heyder7_rAzərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər vardır ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası qoyulub. Müxtəlif tarixi hadisələrlə əlamətdar olan belə günlərdən ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş bu gün onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Milli Qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik olan bir gündür.
    Vətənini, xalqını, millətini sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixidir. Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir.
    1993-cü ilin 15 iyununda Azərbaycan xalqının bir millət, Azərbaycan Respublikasının isə bir dövlət kimi yaşaması sual altında idi.
    Bildiyimiz kimi, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər müstəqilliyimizin ilk illərinə təsadüf edir. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar olaraq baş verirdi.
    Belə vəziyyətdə isə, yəni 1993-cü ildə, ölkədə siyasi böhran yarandığı vaxt, Azərbaycanı bu vəziyyətdən çıxara biləcək bir rəhbər gərək idi. Bu zaman xalqın gözü Naxçıvana dikildi. Xalq yeganə ümid yeri olan Heydər Əliyevin hakimiyyətə gəlməsini istəyirdi. Beləliklə, Heydər Əliyev öz xalqına arxalanaraq hakimiyyətə gəldi. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkə rahat nəfəs aldı. O, ölkədə yaranmış xaosa və özbaşınalığa son qoydu.
    1993-cü il 15 iyun Milli Qurtuluş Günü ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bir gündür.

    Ülviyyə İsmayıllı,
    2 saylı məktəb-liseyin 10-cu
    sinif şagirdi

    Müəllif: Redaktor, 14:47

    Teqlər:

İsmarıclar bağlıdır.