Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    BurceliyevFaşist Almaniyası üzərində tarixi qələbənin 72-ci ildönümündə o dövrün cəsur döyüşçülərindən biri –Bürcəliyev Cavanşir Talıb oğlu haqqında, qısa da olsa, sizlərə məlumat vermək istiəyirəm.
    1941-1945-ci illərin müharibə veteranı Cavanşir Bürcəliyev 1924-cü ildə Mirbəşir (Tərtər) rayonunun Cəmilli kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra 1942-ci ilin oktyabr ayında müharibəyə gedib. Primorska düşüb. Gənc əsgərin qoçaqlığını, bacarığını ilk günlərdən görən komandirləri onu 6 aylıq kiçik komandirlər hazırlayan məktəbə göndəriblər. Oranı bitirdikdən sonra Yaponiyada –Mancuriyada xidmətə başlayıb. Çox keçmir ki, ona leytenant rütbəsi verirlər. Bütün bunları mənə bu yaxınlarda Cavanşir müəllimlə görüşümüz zamanı özü danışdı.
    Öyrəndim ki, Cavanşir müəllim müharibə illərində Ukraynanın, Belorusiyanın, Polşanın, Uzaq Şərqin və Yaponiyanın alman fasiştlərindən təmizlənməsində iştirak edib. Deyir ki, müharibə 9 may 1945-ci ildə bitsə də, mən 1946-cı ilin oktyabrında ordudan tərxis olundum. Evə gəldim. Rayon hərbi komissarlığına getdim. Hərbi rütbəmə görə məni Cəmilli kənd məktəbinə hərbi rəhbər və bədən tərbiyəsi müəllimi təyin etdilər. Axı, o zamanlar–müharibədən sonra ixtisaslı müəllimlər az idi. Bir il işlədikdən sonra təhsilimi davam etdirdim. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil oldum və ali təhsil aldım. 1982-ci ilə qədər Cəmilli kənd məktəbində müəllim işləyib, təqaüdə çıxdım.
    Cavanşir müəllim “Faşist Almaniyası üzərində qələbəyə görə” medalı, birinci və ikinci dərəcəli vətən müharibəsi ordenləri və bir sıra digər mükafatlara layiq görülüb, çoxlu sayda fəxri fərmanlar alıb.
    Keçmiş müharibə veteranı həm də nümunəvi ailə başçısıdır, 5 övladı olub. 3 oğlan, 2 qız. Oğlanlarından biri –Rasim mənfur ermənilərin torpaqlarımıza təcavüzü zamanı Qarabağ döyüşlərində 1994-cü ildə şəhid olub. Yadigar adlı 1 oğlu qalıb.Yadigar Cavanşirli də indi Azərbaycan Ordusunun tərkibində xidmət edir.
    Cavanşir müəllimin qalan 4 övladı–2 qızı və 2 oğlu ali təhsillidirlər. Hamısı ailəlidir. Onun 9 nəvəsi, 7 nəticəsi var.
    Cavanşir Bürcəliyev ölkə Prezidenti İlham Əliyevin Böyük Vətən müharibəsi-nin sağ qalan iştirakçılarının hər birinə birdəfəlik maddi yardım göstərilməsi barədəki sərəncamını ürəkdən alqışladığını bildirdi.
    P.S. İndi rayonda cəmi 6 nəfər Böyük Vətən Müharibəsi iştirakçısı qalıb. Onlardan 2 nəfəri I qrup, 2 nəfəri II qrup əlildir, 2 nəfəri isə yaşa görə pensiya alır.
    Həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadları 95 nəfər, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslər 16 nəfərdir. Prezidentin sərəncamına əsasən həmin insanların da hər birinə birdəfəlik maddi yardım verilib.

    Əvəz Nəsirov

    Müəllif: Redaktor, 09:28

    Teqlər:

İsmarıclar bağlıdır.