Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    DSC_9274Bu sözləri redaksiyamızda olarkən şəhər 6 saylı tam orta məktəbin X sinif şagirdi Yaqut Qurbanova söylədi. Onun atası Eyvaz Qurbanov BDU-nu bitirmişdi. Polis işçisiydi. I Qarabağ müharibəsinin iştirakçısı olub. Gərgin döyüşlər zamanı səhhətində yaranan problemlər onun ömür yolunu yarımçıq qoydu. Həyat yoldaşı üç övladını atasız böyütməli oldu.
    Yaqutun qardaşı və böyük bacısı artıq orta məktəbi bitiriblər, hərəsi bir sahədə çalışır. Onun isə bircə arzusu var: Atasının yarımçıq qalmış arzularını yerinə yetirmək.
    Bu məqsədlə məktəbli qız dərslərindən hər gün “yaxşı” və “əla” qiymətlər alır. Xüsusən də humanitar fənləri dərindən öyrənir. BDU-nun hüquq fakültəsinə daxil olmaq istəyən bu qızın çalışqanlığından müəllimləri də razıdırlar. Müxtəlif fənn olimpiadalarında, bilik yarışmalarında Yaqut doğma məktəbini layiqincə təmsil edir, fəxri fərmanlarla təltif olunur. Belə ki, ötən il Yaqut Qurbanova “Ədəbiyyat biliciləri” müsabiqəsinin qalibi olaraq, birinci yerə çıxmış və mükafatlandırılmışdır. O, həm də Az.TV-nin “Əlaçı” verilişinin iştirakçısı olub.
    Boş vaxtlarında Yaqut rəsm çəkməyi də sevir. Beynəlxalq Uşaqlar Günü münasibətilə keçirilən rəsm müsabiqəsində o, qalib olub və Fəxri Fərman alıb.
    Atası 4 il bundan əvvəl dünyasını dəyişsə də, Yaqut deyir ki, hər yaşadığı gün barədə daim qəlbində atasına hesabat verir, ona layiq övlad olmağa çalışır. Gələcəyin hüquqşünası kimi də atasının yolunu davam etdirmək istəyir.

    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 09:55

    Teqlər:

İsmarıclar bağlıdır.