Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    скачанные файлы15 may Birləşmiş Millətlər Təşkilatının qərarı ilə bütün dünyada Beynəlxalq ailə günü kimi qeyd olunur. Azərbaycanda ailə bütün zamanlarda cəmiyyətimizin ən müqəddəs təməl daşı hesab olunub. Ulu Öndər Heydər Əliyev Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayırdı. Bu münasibət indi də dövlət başçımız İlham Əliyev tərəfindən həssaslıqla davam etdirilir.
    Bu gün ölkəmizdə ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir və dövlət öz siyasətində ailənin sosial müdafiəsi, gənc ailələrə qayğını əsas tutur. Azərbaycan ailəsi və onun problemlərini həmişə diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyev cəmiyyətdə qadınların rolunun artırılması, qadınlarla kişilər arasında bərabərliyin gerçəkləşdirilməsi, qadın, ailə problemlərinin həlli istiqamətində də böyük işlər gördü. 1998-ci il yanvarın 14-də Azərbaycanda “Qadın Problemləri üzrə Dövlət Komitəsi”ni yaratdı. Bu məsələyə böyük həssaslıqla yanaşan Prezident İlham Əliyev 2006-cı il fevralın 6-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı.
    Ailənin əsas sütunlarından biri olan Azərbaycan qadını bu gün özü də ölkəmizdə əmin-amanlığın qorunması, ailə də-yərlərinin yaşadılması naminə əzmkarlıq göstərir. Ölkənin Birinci xanımı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ailə, qadın və uşaq məsələlərinə, bu sahədə aktual problemlərə qayğıkeş münasibəti bunu bir daha təsdiq edir. Mehriban Əliyevann təşəbbüsü ilə Heydər Əliyev Fondunun həyata keçirdiyi nəhəng proqram və layihələr ailələr üçün, sözün əsl mənasında böyük dayaqdır. Onun uşaqlara xüsusi qayğısı, ailələrin problemlərinə diqqəti həmin genişmiqyaslı, çoxsaylı tədbirlərdə özünü göstərir. Mehriban Əliyevanın kimsəsiz uşaqlarla bağlı unudulmaz tədbirlərindən biri də onun təşəbbüs və dəstəyi ilə uşaq evlərində tərbiyə alan, yaşı 18-dən yuxarı olan qızlar üçün yaşayış binalarının tikilməsidir. Bununla da ictimai narahatlığa səbəb olan ciddi bir problemin həllinə yol açıldı: uşaq evlərini tərk edən qızlar taleyin acısı ilə baş-başa qalmadılar, öz arxalarında onları müdafiə edən böyük bir qüvvənin olduğunu gördülər.
    Bütün bunlar bir daha sübut edir ki, ailə Azərbaycan dövləti, Azərbaycan cəmiyyəti üçün həmişə müqəddəsdir.

    Müəllif: Redaktor, 10:02

    Teqlər:

İsmarıclar bağlıdır.