Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Изображение 112Изображение 367Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Heydər Parkında Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirildi. Xüsusi tərtibatla bəzədilmiş parkda keçirilən bayram şənliyində rayonun ümum-təhsil məktəblərinin aşağı sinif şagirdləri ilə birgə rayon ərazisində yerləşən körpələr evi-uşaq bağçaları da iştirak et-dilər.
    Tədbir Seydimli kənd körpələr evi-uşaq bağçasında tərbiyə alan uşaqların “Sülhə səs verin” şeiri ilə başladı. Havaya sülhün rəmzi olan göyərçinlər və şarlar buraxıldı.
    Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bayram tədbirinə toplaşan çoxsaylı uşaqları salamlayaraq, onları 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etdi. Bildirdi ki, uşaqlar hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və onların qorunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva daim uşaqlara diqqət və qayğı göstərirlər.
    Sonra uşaqlar maraqlı konsert proqramı ilə çıxış etdilər.
    Uşaq Yaradıcılıq Mərkəzinin rəqs dərnəyinin üzvlərinin, Tərtər şəhər 1, 2, 3, 4 saylı və Seydimli kənd körpələr evi-uşaq bağçalarının uşaqlarının çıxışları alqışlarla qarşılandı. Tədbirdə iştirak edən ümum-təhsil məktəblərinin aşağı sinif şagirdlərinin çıxışları da maraqlı oldu.
    Tədbirdə Tərtər şəhər 1, 2 və 4 saylı, Seydimli kənd körpələr evi-uşaq bağçalarının, Uşaq Yaradıcılıq Mərkəzinin kollektivləri Fəxri fərmanlarla təltif edildilər. Sonda tədbirdə iştirak edən uşaqlara hədiyyələr paylandı.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:12

İsmarıclar bağlıdır.