Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    Изображение 035Tərtər özü döyüşən şəhər olsa da, qoynunda minlərlə qaçqın və məcburi köçkün soydaşımıza yer verib. Rayon statistika idarəsinin 1 yanvar 2016-cı il tarixə olan məlumatına görə, Ermənistanın respublikamıza təcavüzü nəticəsində Tərtərdə 2635 nəfər qaçqın və 14342 nəfər məcburi köçkün məskunlaşıb.
    Azərbaycanın sürətli inkişafı bu təbəqədən olan insanların həyatında da özünü göstərir. Qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli ölkənin Birinci vitse-prezidenti Mehri-ban xanım Əliyevanın da diqqət mərkəzindədir. Bunu Birinci vitse-prezident kimi onun ilk müşavirəni məcburi köçkün ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına həsr etməsi də aydın şəkildə nümayiş etdirir. Məhz Mehriban xanımın verdiyi tapşırıqlar əsasında hazırda məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsinə başlanılıb.
    Tərtər rayonunda da bu təbəqədən olan insanların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə böyük qəsəbə tikilir. Şəhərcikdə hər biri 4 mərtəbəli olmaqla 34 müasir tipli yaşayış binası inşa olunur. Burada məskunlaşacaq qaçqın və məcburi köçkünlərin ailə üzvlərinin sayı 1170 nəfərdən çox olacaq. Qəsəbədə yaşayış binaları ilə yanaşı 1300 yerlik orta məktəb, 130 yerlik körpələr evi-usaq bağçası, musiqi məktəbi, həkim ambulatoriyası tikilir.
    Yeni şəhərciklə yanaşı Tərtərdə uzun illər məskunlaşan qaçqın və məcburi köçkün ailələri üçün dövlət tərəfindən 78 fərdi yaşayış evi tikilir.
    Qaçqınlar bu qayğını yüksək qiymətləndirirlər. Çünki dünyanın heç bir yerində ölkəmizdəki qədər bu qəbildən olan insanlara belə diqqətlə yanaşılmır. Onlar həm də əmindirlər ki, ölkə başçısının həyata keçirdiyi məqsədyönlü xarici siyasət nəticəsində tezliklə yurd həsrətinə də son qoyulacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 10:57

    Teqlər:

İsmarıclar bağlıdır.