Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    568C22E6-7013-4A26-94A1-1AAFA84DE698_cx17_cy22_cw74_w1023_r1_sTərtər cəbhə bölgəsidir. Düşmənlə 48 km məsafədə təmas xətti var. Burada insanlar hər an düşmən təxribatına məruz qalmaq təhlükəsi ilə yaşayırlar. Belə şəraitdə təsərrüfat işlərilə məşğul olur, bir an da olsun belə öz doğma ocaqlarından ayrılmırlar. Bu il təbiətin şıltaqlığına baxmayaraq, insanların üzü gülür. Çünki həm bağ-bağçalarda, həm də taxıl zəmilərində, çuğundur, pambıq, günəbaxan plantasiyalarında məhsul boldur, ürəkaçandır. Amma insanların bu sevincinə narahatçılıq hissləri də qarışıb. Yay aylarında ermənilər Sərsəng Su Anbarından gələn suyun qarşısını kəsdikləri üçün, su qıtlığı yaranır. Düzdür, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıqları əsasında cəbhəyanı bölgə olan Tərtərdə su qıtlığının aradan qaldırılması məqsədilə əlavə tədbirlər görülüb, alternativ su mənbələri yaradılıb. Təkcə son üç ildə Tərtərdə 61 ədəd yeni subartezian quyusu qazılıb. Ümumilikdə isə rayon subartezian quyuları istismarı idarəsinin balansında 489 ədəd subartezian quyusu var.
    Bütün bunlara baxmayaraq, isti yay günlərində Tərtər çayının suyu Sərsəng Su Anbarından ermənilər tərəfindən kəsildiyinə görə əkinlərin suvarmaya olan ehtiyacının ödənilməsində çətinliklər yaranır.
    Avropa Parlamentində Sərsəng Su Anbarı ilə bağlı tədbirin keçirilməsi tərtərliləri də çox sevindirib.
    “Dağlıq Qarabağ münaqişəsi: Sərsəng bu” dondurulmuş münaqişənin” buzlarını əridə bilərmi? “başlığı altında keçirilən tədbirdə ekspert qismində Britaniya Kral Kollecinin təmsilçiləri xanım Tracey Cerman, Beynəlxalq Xəbərdarlıq Mərkəzinin rəhbəri xanım Marina Naqayi, LİNKS təşkilatının direktoru cənab Denis Sammut və Aİ-nin Cənubi Qafqaz üzrə təmsilçisi cənab Torsten Ahren qatılmışdır. Tədbirə ev sahibliyi edən avropaparlamentarilərin dəvəti əsasında Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev tədbirdə xüsusi qonaq statusu ilə iştirak etmişdir.
    Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin təmsilçisi cənab Torsten Ahren Sərsəng Su Anbarının əhalinin təsərrüfat fəaliyyətinin dəstəklənməsi məqsədilə tikildiyini, lakin hazırda Ermənistan tərəfindən su anbarının bir təzyiq vasitəsi kimi istifadə edildiyini, bunun isə qəti şəkildə qəbuledilməz olduğunu diqqətə çatdırmışdır.
    Cənab Sammut qeyd etmişdir ki, Sərsəng problemi Dağlıq Qarabağ münaqişəsi nəticəsində ortaya çıxan məsələdir və bu məsələyə görə 100 minlərlə insan əziyyət çəkir.
    Millət vəkili Cavanşir Feyziyev öz çıxışında göstərmişdir ki, Ağcabədi, Bərdə, Goranboy, Tərtər və Yexlax rayonları bu problemdən ən çox zərərçəkən bölgələrdir. O, Ermənistanın Azərbaycan tərəfinə heç bir xəbərdarlıq etmədən bol yağıntılı dövrlərdə Sərsəngdən böyük həcmdə su buraxmaqla daşqınlara, yayda isə suyun önünü kəsməklə quraqlığa səbəb olduğunu bildirmişdir.
    Ən qısa müddətdə Sərsəng probleminin həlli üçün konkret təkliflər hazırlanmasının vacibliyi qeyd edilmişdir.
    Beləliklə də, bu gün düşmənin silahla apardığı müharibə ilə yanaşı həm də ekoloji müharibə gündəmdədir. Tərtərlilər bu məsələnin tezliklə həll olunacağını gözləyirlər.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:03

    Teqlər:

İsmarıclar bağlıdır.