Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 09İyn

    14807809115236329608_1000x669Xalqımız Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarının xatirəsini daim əziz tutur. Ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi barədə imzalanmış sərəncam da bu böyük ehtiramın ifadəsidir.
    Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Daxili və xarici müdaxilələr nəticəsində Şərqdə ilk demokratik respublika süqut etdi. Lakin bu az müddətdə çox iş görüldü. 70 il Sovet İttifaqının tərkibində yaşadığımıza görə biz öz tariximizi lazımınca öyrənə bilmədik. Bu gün Xalq Cümhuriyyətini quran fədailərin həyat yolu öyrənilir, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində tədbirlər görülür. Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb.
    Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra qısa bir dövrdə böyük inkişaf yolu keçib. Bu gün də həmin inkişaf davam edir. İqtisadi, sosial sahədə, bütün sahələrdə ölkəmiz böyük uğurlara imza atıb. Çünki xalqımız müstəqillik şəraitində yaşayır. Bu uğurların təməlində isə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan düşünülmüş xarici və daxili siyasət dayanır.
    Prezident İlham Əliyev Azərbaycanın milli bayramı–Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində deyib: “Hesab edirəm ki, Azərbaycan modeli, o cümlədən bu istiqamətdə əldə etdiyiniz uğurlar bir çox ölkələr üçün cəlbedicidir. Həm ənənələr, tariximiz, dinimiz bizim üçün müqəddəsdir, eyni zamanda, biz dünyaya açığıq, müasirik, bütün ölkələrlə yaxşı münasibətlər qurmağa çalışırıq”.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.