Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    DSC_3600Şəhər 1 saylı tam orta məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Ri-yaziyyat gecəsi” keçirilmişdir. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
    Sinif rəhbərləri Sevda Vəliyeva və Samirə Həsənova çalışmışlar ki, bu tədbirdə şagirdlər Ümummilli Lider Heydər Əli-yevin həyatının unudulmaz səhifələri, onun Azərbaycana, öz xalqına olan dərin məhəbbəti, gənclərə, onların maarifləndirilməsinə göstərdiyi qayğı barədə daha ətraflı məlumat alsınlar. Heydər Əliyevin azərbaycançılıqla bağlı nitqinin səsləndirilməsi, ona həsr olunmuş film hər kəsdə dərin təəssürat oyatmışdır.
    Eyni zamanda, bu tədbirdə şagirdlər riyazi biliklərini nümayiş etdirmişlər. Müxtəlif səhnəciklər, görkəmli şəxsiyyətlər və alimlər haqqında məlumatlar maraqla qarşılanmışdır.
    Uşaqların şən rəqsləri, oxuduqları mahnılar və göstərdikləri oyunlar “Riyaziyyat gecəsi”ni yaddaqalan etmişdir.

    Müəllif: Redaktor, 09:51

    Teqlər:

İsmarıclar bağlıdır.