Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    AZƏRBAYCAN GÜCLÜ DÖVLƏTDİR VƏ ONUN GÜCLÜ ORDUSU VAR

    1702881918-ci ilin 28 may tarixində Azərbaycan Demokratik Respublikası elan olunanda Azərbaycanda milli ordu yox idi. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
    Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1998-ci il 22 may tarixində imzaladığı fərmanla 1918-ci ildə – Azərbaycan Demokratik Respublikası dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi.
    Hazırda Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü və hazırlıqlı ordu hesab olunur.
    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələrin yaradılmasının 95 illiyi münasibətilə Bakının Azadlıq Meydanında keçirilən hərbi paradda çıxışı zamanı bildirmişdir: “Mən həmişə deyirəm ki, güclü dövlətin güclü ordusu olmalıdır. Azərbaycan Ordusu nəinki bölgədə, dünyada həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə güclü ordular sırasındadır. Ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir!”
    Ötən ilin aprel hadisələri Azərbaycan Ordusunun qüdrətini bir daha sübut etdi. 2016-cı ilin 2 aprel tarixində cəbhəyanı ərazilərdə məskunlaşan mülki əhali hədəfə alınaraq Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xəttində mövqeləri ağır silahlardan intensiv atəşə məruz qaldı. Həmin hadisələr zamanı erməni silahlı birləşmələrinin təxribatının qarşısını layiqincə alan Azərbaycan Silahlı Qüvvələri uzun illər düşmən tapdağı altında olan ərazilərimizin bir hissəsini işğaldan azad etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bildirdiyi kimi, aprel döyüşləri tarixdə Azərbaycanın böyük hərbi qələbəsi kimi qalacaqdır, Azərbaycan güclü dövlətdir və onun güclü ordusu var.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:42

    Teqlər:

İsmarıclar bağlıdır.