Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 30İyn

    5ca9772f717472c8b060e084a7bf05d814 iyun 2017-ci il Azərbaycan tarixinə ən yaddaqalan günlərdən biri kimi daxil oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın başlanğıcı oldu.
    Hər qarışı əsgərlərimizin qanına boyanmış bu yerlərdə çox qısa müddətdə – cəmi iki ay ərzində Azərbaycan xalqının qüruruna çevrilən müasir bir kənd salındı.
    Ölkə Prezidentinin Cocuq Mərcanlını böyük Azərbaycanın inkişaf və müasirlik rəmzinə çevrilməsi tələbi məsuliyyət hissi ilə və ən yüksək səviyyədə həyata keçirildi.
    Cocuq Mərcanlı kəndi 1994-cü il yanvarın 6-da Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilmişdi. Lakin burada əhalinin təhlükəsiz yaşayışı mümkün deyildi. Çünki yaxınlıqda olan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi işğal altında qalmışdı.
    Ötən ilin aprel ayında Azərbaycan Ordusunun Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında keçirilən uğurlu əməliyyat nəticəsində Lələtəpə yüksəkliyi və min hektarlarla torpaqlarımız işğaldan azad edildi. Bundan sonra Cocuq Mərcanlı kəndində yaşayış üçün təhlükəsiz şərait yarandı.
    Uzun illər xarabalığa çevrilən bir kənd bu gün Prezident İlham Əliyevin sonsuz qayğısı nəticəsində öz qaynar həyatını yaşayır. Burada tikilən Şuşa məsçidinin oxşarı olan dini məbəddən ətrafa azan səsi yayılır, ən yüksək keyfiyyətdə tikilən məktəb şagirdlərini qoynuna alacağı günü səbirsizliklə gözləyir. Zəhmətdən zövq alan insanların səsi ətrafı bürüyür.
    Bütün bunlar yalnız ermənilərə deyil, dünyaya Azərbaycan Prezidenti tərəfindən verilmiş bir mesajdır. Ölkəmizin nəyə qadir olduğunun sübutudur.
    Bu gün Cocuq Mərcanlı kəndi xarabalıqlardan qurtularaq dünyanın ən abad kəndlərindən birinə çevrilibsə, deməli, Azərbaycan Prezidenti bu işləri işğal edilmiş digər ərazilərdə də həyata keçirəcək. Azərbaycanın bir qarış torpağı belə düşmən tapdağı altında qala bilməz. Ölkə başçısı bu fikri Cocuq Mərcanlı kəndində də səsləndirib.
    Bu gün yalnız cocuq mərcanlılar deyil, bütün Azərbaycan xalqı, öz yurd-yuvalarından didərgin düşmüş 1 milyondan artıq məcburi köçkün və qaçqın soydaşımız sevinc içərisindədir.
    Çünki hər kəs əmindir ki, Cocuq Mərcanlıdan başlayan Böyük Qayıdış bizi hələ də işğal altında olan doğma yurdlarımıza qaytaracaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:49

    Teqlər:

İsmarıclar bağlıdır.