Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    “Mən istəyirəm: güllər açılsın, güllələr açılmasın”

    DSC_3614Bu misraların müəllifi XX əsr Azərbaycan poeziyasının novator şairi Rəsul Rzadır. Ulu Öndər Heydər Əliyev şair haqqında demişdir: “Rəsul Rza zəngin milli ədəbi ənənələrdən istifadə edərək Azərbaycan poeziyasında novator şair kimi çıxış etmiş, Azərbaycan poeziyasını zənginləşdirmişdir.” Məhz buna görə də illər ötdükcə, onun yaradıcılığı öz aktuallığını itirmir və sevilə-sevilə oxunur.
    Bu günlərdə şəhər 1 saylı tam orta məktəbində şairin anadan olmasının 105 illiyi münasibətilə “Rəsul Rzanın söz dünyası” adlı ədəbi-bədii gecə keçirilmişdir.
    Gecəni məktəbin kitabxanaçısı Jalə Muradova və dil-ədəbiyyat müəllimi Hicran Dəmirova təşkil etmişlər.
    Dil-ədəbiyyat müəllimi Arzu İbrahimova şairin həyat və yaradıcılığına həsr olunmuş məruzə söyləmişdir.
    Əməkdar müəllim Fazilə Kərimova, rayon təhsil şöbəsinin aparıcı mütəxəssisi Rasim Bayramov, Qazyan kənd tam orta məktəbinin kitabxanaçısı Şəbnəm Hüseynova, təhsil şöbəsinin metodisti Kifayət Mürsəlova Rəsul Rza yaradıcıllığı haqqında danışmışlar.
    AparıcılarFidan Hüseynova və Fuad Məmmədzadə sözü şagirdlərə vermişlər. Jalə Hüseynovanın, Anar İmanzadənin, Əsmər Mehdizadənin ifasında səslənən şeirlər, Rəsul Rza haqqında müasirlərinin fikirləri tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.
                                                                                                                                                                     Yeni Tərtər

    Müəllif: Redaktor, 10:05

    Teqlər:

İsmarıclar bağlıdır.