Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    İSTİQLAL MÜCAHİDLƏRİNİN XATİRƏSİ QƏLBİMİZDƏ YAŞAYIR

    Azeriflag1918-ci ilin mayından 1920-ci ilin aprelinə qədərki tarixi dövr Azərbaycan tarixinin şanlı səhifələrindən birini təşkil edir. Bu dövr bizim istiqlal tariximizdir. Məhz 99 il öncə M.Ə.Rəsulzadənin başçılığı ilə bir qrup Azərbaycan ziyalıları yoxdan bir dövlət qurdular. Şərqdə və müsəlman dünyasında ilk demokratik bir dövlət.
    Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini ilk olaraq 1918-ci il 4 iyun Batumi müqaviləsi ilə Türkiyə tanıdı. 1918-ci il 16 iyunda AXC Tiflisdən Gəncəyə, sentyabrın 15-17-də isə Gəncədən Bakıya köçdü. AXC-in süqutuna qədər də bundan sonra Bakıda fəaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu parlamentli resbublika idi. AXC-nin dövlət quruculuğu sahəsində gördüyü ən böyük tədbirlərdən biri 1918-ci il 27 iyunda Azərbaycan dilinin dövlət dili elan edilməsi oldu.
    1918-ci il noyabrın 9-da M.Ə.Rəsulzadənin sözləri ilə deyilsə, türk mədəniyyətini, müasir Avropa demokratiyasını və müsəlman sivilizasiyasını təcəssüm etdirən üçrəngli, aylı-ulduzlu bayraq rəsmi dövlət bayrağı kimi qəbul edildi. Qısa müddətdə ordu quruculuğuna başlandı.
    1918-ci il dekabrın 7-də Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə Azərbaycan parlamenti öz işinə başladı. Mövcud olduğu müddətdə Azərbaycan parlamenti 145 iclas keçirmiş, 200-dən çox qanunu müzakirə etmişdir.
    AXC fəaliyyəti illərində bir sıra ölkələrlə diplomatik əlaqələr qurmuşdur. Xarici siyasətin ən böyük uğurlarından biri isə Paris sülh konfransında Azərbaycan nümayəndə heyətinin Azərbaycanın istiqlaliyyətinin de-fakto tanınmasına nail olunması oldu. Beləliklə gənc dövləti beynəlxalq aləmdə tanıdılar və qəbul etdilər. Lakin siyasi hadisələrin sonrakı gedişi vəziyyəti kökündən dəyişdi. Bir siyasi rejimin digəri ilə əvəz edildiyi Rusiya dövləti təbii ki, Azərbaycanın müstəqilliyi ilə barışa bilməzdi. Elə buna görə də 1920-ci ilin aprelində Sovet Rusiyasına məxsus XI Ordu Bakıya girərək AXC-nin siyasi istiqlaliyyətinə son qoydu. 1918-cil ildə çar Rusiyasının əsarətindən xilas olan Azərbaycan xalqı 1920-ci ildə Sovet Rusiyasının yenidən əsarəti altına düşdü və 71 illik yeni müstəmləkəçilik dövrü başladı
    Xalqımıza istiqlalı dadızdıran o böyük istiqlal mücahidlərinin xatirəsi xalqımızın qəlbində həmişə yaşayır və dövlətimiz tərəfindən dəyərləndirilir. Elə buna görə də möhtərəm Prezidentimiz İlham Əliyev 2017-ci il mayın 16-da 2018-ci il mayın 28-də AXC-nin yaranmasının 100 illiyinin dövlət səviyyəsində qeyd olunması haqqında fərman imzalamışdır.

    Rühanə Mirzəyeva,
    Hacıqərvənd kənd tam orta məktəbində tarix müəllimi

    Müəllif: Redaktor, 10:11

    Teqlər:

İsmarıclar bağlıdır.