Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,381
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. Cari tədris ilində tam orta məktəblərini 693, ümumi orta məktəblərini isə 801 şagird bitirdi. Məzunlardan 338 nəfəri ali məktəblərə daxil olmaq üçün sənəd verib. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də “Son zəng” tədbirinə qatıldılar. Bütün ümumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.

    Şəhər 1 saylı tam orta məktəb
    DSC_3956Məktəb bayramsayağı bəzədilmişdir. Üzlərdən sevinc, təbəssüm oxunurdu. Çünki məktəbdə “Son zəng” tədbiri keçirilirdi. Mərasimdə məktəbin müəllim və şagird kollektivi, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak edirdilər. Tədbiri məktəbin direktoru Nəcibə Muradova açaraq toplaşanları “Son zəng” münasibətilə təbrik etdi. Sonra onbirincilərin tərtib etdikləri bədii nümunələr ifa olundu. İlk Avropa Oyunlarının rayonumuzdakı məşəldarlarından beş nəfəri məhz 1 saylı tam orta məktəbin yetirmələri olduğu üçün burada məşəl şölələndi. Tədbir böyük coşğu ilə keçirildi. Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov çıxışında məktəbin builki 57 məzununa, onların on bir ildə əziyyətini çəkmiş müəllimlərinə və valideynlərinə xoş arzularını bildirdi.
    2 saylı məktəb-lisey
    Burada “Son zəng” mərasimi Azərbaycan Dövlət Himninin oxunması ilə başladı. Sonra tədbirə toplaşanları məktəbin direktoru Gülarə Əkbərova təbrik etdi. Müstəqil həyata qədəm qoyan məzunlara Azərbaycanın layiqli vətəndaşı olmağı, müəllimlərinin və valideynlərin etimadını doğrultmağı arzuladı.
    Bildirdi ki, cari tədris ilində iki sinifdə liseyi 28 nəfər bitirib. Ali məktəbə 19 nəfər iş verib.
    Direktor xatırlatdı ki, ötən ilki buraxılışda liseyi bitirən məzunların 65 faizi–25 nəfəri ölkəmizin müxtəlif ali məktəblərində təhsillərini davam etdirirlər. Bu, kollektivimiz üçün böyük uğurdur.
    “Son zəng”də iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibətilə mərasim iştirakçılarını təbrik etdi. Bildirdi ki, bu gün Azərbaycanın hər bir bölgəsində olduğu kimi rayonumuzda da təhsilə qayğı diqqət mərkəzindədir.Изображение 221
    Ölkə başçısının tapşırığı ilə rayonumuzda müasir tələb-lərə cavab verən hər cür ava-danlıqlarla təchiz olunmuş yeni məktəb binaları tikilir.
    İcra başçısı çıxışında xatırlatdı ki, siz məzunların builki buraxılışı Azərbaycanımızda ilk Avropa Oyunlarının keçirildiyi ilə təsadüf edir.
    Bu unudulmaz tarixi heç zaman yaddan çıxarmayacaqsınız.
    İcra başçısı məzunlarla xatirə şəkli çəkdirdi. Sonra məzunların ilk sinif müəllimi Sevil Niftalıyeva, sinif rəhbərləri Məlahət Hüseynova, Tünzalə Sultanova, dərs hissə müdiri Məhəbbət İsmayılnəcat, məktəb direktorunun təşkilatçı müavini Məlahət Nuriyeva məzunları təbrik edib, onlara qədəm qoyduqları müstəqil həyatda uğurlar dilədilər.
    Şəhər 6 saylı tam orta məktəb
    Məktəbdə on bir il məktəb yollarında birgə addımlayan on birincilər və əllərində gül-çiçək dəstəsi tutmuş birincilər şən görünürdülər. Axı, çalınan “Son zəng” balacaları sinif otaqlarına, onbirinciləri isə müstəqil həyat yollarına aparacaq. Məktəb direktorunun təşkilatçı mü-avini Zülfiyyə Abdullayeva toplaşanların hər birini bu əziz gün münasibətilə təbrik etdi.
    Sonra məktəbin direktoru Azad Abbasov, müəllimlər Mülayim Məmmədli, Çimnaz Abbasova, şagirdlər Xatirə Allahverdiyeva, Şahpələng Əzimli, rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov çıxış edərək öz ürək sözlərini bildirdilər. Söylənilən xoş arzularda bir istək dururdu–xoşbəxt gələcək! Çıxışlar və musiqi nömrələri bir-birini əvəz edirdi. Nəhayət, gözlənilən an çatdı. Onbirincilərin son zəngi çalınaraq, onların hər birini yeni, uğurlu həyata səslədi…
    Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etdi.
    Seydimli kənd tam orta məktəbi
    Burada həm sevincli, həm də kədərli günlərdən biri yaşandı. 30 nəfər məzun məktəb illərinə “əlvida” deyərək, müstəqil həyata qovuşdu.
    Məktəbin direktoru Nurəddin İbrahimov, direktor müavini Sürəyya Hüseynova, psixoloq Küşvarə Cəfərova, tə-qaüdçü müəllim Sovet Məmmədov, Seydimli Bələdiyyəsinin sədri Mədinə İmanova və başqaları məzunları “Son zəng” münasibəti ilə təbrik etdilər, müstəqil dövlətimizin layiqli vətəndaşları olmalarını arzuladılar.
    Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov məktəb kollektivinin, valideynlərin, bütün kənd camaatının sevincinə şərik olaraq dedi:
    _Siz xoşbəxt gənclərsiniz. Çünki azad, müstəqil və qüdrətli bir dövlətin vətəndaşlarısınız. Bu dövlətin gələcəyi sizinlə bağlıdır. Sizdən 12 nəfər ali məktəblərə sənəd verib. Abituriyentlərə, eləcə də hər bir məzuna gələcək həyat yollarında müvəffəqiyyətlər arzulayıram.
    Ulu Öndər Hedər Əliyev gəncləri yüksək dəyərləndirir və daim onlara qayğı gös-tərirdi. Indi bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Ölkəmizin hər bir güşəsində, hətta ucqar kəndlərdə belə müasir, yaraşıqlı məktəb binaları tikilir. Bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva da yorulmaz fəaliyyət göstərir. Siz dövlətimizin qayğısına əməli işlərinizlə cavab verməli, Azərbaycanımızın layiqli vətəndaşları olmalısınız.
    Tətbirdə həmcinin rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov, rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev və şöbənin metodisti Kifayət Mürsəlova iştirak etdilər.
    Umudlu kənd tam orta məktəbi
    DSC_4039Hər kəsin həyatında bir dəfə çalınan bu zəng sabaha açılan qapı və gələcəyə aparan yolun başlanğıcıdır. Umudlu məktəbində də müəllimlər, əllərində gül-çiçək dəstələri tutmuş birincilər, məzunlar və qəlbi fərəhlə dolu valideynlər “Son zəng” tədbirinə toplaşmışdılar. Ditrektorun təşkilatçı müavini Xuraman Axundova tədbiri açaraq, sözü direktor Zabil Zeynalova verdi:
    Zabil müəllim tədbir iştirakçılarının hər birini ürəkdən təbrik etdi. Bildirdi ki, bu il məktəbi 6 nəfər şagird bitirərək yeni həyata vəsiqə alacaq. Birinci sinifdə isə 18 nəfər uşaq təhsildə ilk addımlarını atacaq.
    Məktəbin müəllimləri Şəfa Cavadova, Leyla Quliyeva və başqaları çıxış edərək öz ürək sözlərini və arzularını bildirdilər.
    Mərasimdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov iştirak etmişdir.
    Qaradağlı kənd tam orta məktəbi
    Tədbiri məktəbin direktoru Eldəniz Ələsgərov açdı. Bildirdi ki, bu il məktəbimizdə XI-ci sinfi bitirən şagirdlər 32 nəfərdir. Ötən il məktəbimizin məzunlarından 9 nəfər ali məktəbə, 1 nəfər isə kollecə daxil olub. Bu il ali məktəblərə 21 nəfər sənəd verib.
    Direktor orta məktəbi bitirən məzunların hamısına uğurlar dilədi. Xalqımıza layiqli vətəndaş olmalarını arzuladı.
    Qaradağlı kənd İƏD üzrə nümayəndə Razil Məmmədov və təhsil şöbəsinin aparıcı məsləhətçisi Yasin Fərhadov məzunları təbrik etdilər. XI-cilərin sinif rəhbərləri Səadət Məmmədova və Salatın Abbasova müstəqil həyata qədəm qoyan gənclərə təhsildə və həyatda fəal mövqe tutmalarını arzu etdilər. “Son zəngə” gələn valideynlərdən Sultan Məmmədov və başqaları öz ürək sözlərini söylədilər. Şagirdlərdən Hilal Mus-tafayev, Sultan Abbaslı, Hicran Ağazadə, Təhminə Nəbizadə və Vüsal Quluzadə çıxışlarında müəllimlərinin etimadını doğruldacaqlarını bildirdilər.
    Məktəbin I sinif şagirdləri XI-ciləri musiqi sədaları altında gül dəstələri və hədiyyələrlə təbrik etdilər.
    Kəngərli kənd tam orta məktəbi
    Burada təhsil alan 184 şagirdin təlim-tərbiyəsi ilə 28 nəfər müəllim məşğul olur. “Son zəng”ə toplaşan müəllim kollektivini, şagirdləri, valideynləri məktəbin direktoru İmran Məmmədov təbrik etdi. Müstəqil həyata qədəm qoyan gənclərə uğurlar dilədi. Qeyd etdi ki, bu il məktəbimizin XI sinfini 16 nəfər şagird bitirib. O, məktəb şagirdlərinin həm təhsil, həm də idman sahəsində qazandıqları uğurlardan danışdı. Dedi ki, ötən il 4 məzunumuz ali məktəbə. 2 məzunumuz isə Naxçıvanski adına hərbi liseyə qəbul olub.
    “Son zəng” tədbirində iştirak edən rayon icra hakimiyyətinin nümayəndəsi Ədalət Məmmədov və təhsil şöbəsinin nümayəndəsi Rahil Şəldiyev məzunlara qədəm qoyduqları müstəqil həyatda uğurlar dilədilər.
    Tədbir şən musiqi sədaları altında davam etdi.
    Onbirinci sinfi bitirib müstəqil həyata qədəm qoyan məzunların hamısı məktəb illəri ərzində onlara dərs de-yən müəllimlərə dərin minnətdarlıqlarını bildirdilər.
    Sonda birincilər məktəbi bitirən məzunlara hədiyyələr təqdim etdilər.

    Yeni Tərtər

    Müəllif: Redaktor, 10:35

    Teqlər:

İsmarıclar bağlıdır.