Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    RABİTƏÇİ MALİK

    Изображение 342Malik 1978-ci ildə 18 yaşını yenicə adlamışdı. Rayon rabitə qovşağında onu telefon montyoru kimi işə qəbul etmişdilər. Lakin bu işin necə görülməsindən onun xəbəri belə yox idi. Çox tərəddüdlə işə gəldi. Bir-neçə gün beləcə davam etdi. Qovşaqda çalışan təcrübəli işçilər gənc oğlanın çəkindiyini görüb, ona kömək etmək qərarına gəldilər.
    Nəticə isə uğurlu oldu…
    O vaxtdan 39 ilə yaxın bir zaman keçib. Hüseynov Malik Məhəmməd oğlu rayon sakinlərinin və çalışdığı telekommunikasiya qovşağı kollektivinin hörmətini qazanıb. Malik ürəkdən vurulduğu işindən belə danışır:
    – Əvvəl vaxtlarda bu iş mənə çox çətin görünürdü. Lakin təcrübəli həmkarlarımın yaxından köməkliyi ilə bu peşədə uzun illərdir ki, çalışıram. Bu iş çox məsuliyyətli olmağı tələb edir. İndiki zamanda bütün avadanlıqlar müasirləşib, elektron sistemə keçib. Hazırda mən kabelçi vəzifəsini icra edirəm. Bu sadə peşəni mənə öyrədən hər kəsə öz minnətdarlığımı bildirirəm.
    Malik sözarası ailəsindən də danışdı: – Biz, əslən Göyçə mahalının Qaraiman kəndindənik. Atam və anam 1953-cü ildə gəlib burada–Seydimli kəndində məskunlaşıblar. Mən və bacım Tərtərdə doğulmuşuq. Ailəmiz sadə zəhmətkeş olub. Ata-anam yurd həsrətinə, Göyçə dərdinə dözə bilmədi. Xeyli vaxtdır dünyalarını dəyişiblər.
    Malikin mehriban və qayğıkeş bir ailəsi var. Həyat yoldaşı Rübabə ilə 2 övlad böyüdürlər. Oğlu Emin hərbiçidir, gizirdir, Torpaqlarımızın müdafiəsində ayıq-sayıq dayanan oğullarımızdan biridir.
    İşgüzarlığına görə Malik Hüseynov idarə rəhbərliyi tərəfindən dəfələrlə Fəxri fərman və pulla mükafatlandırılıb. Ən böyük mükafatı öz sadə peşəsi müqabilində qazandığı el hörmətidir. Bu hörmət Maliki daha yaxşı işləməyə sövq edir.
    Biz də ona sadə rabitəçi peşəsində uğurlar, ömrünün sonunadək el hörməti ilə yaşamağı arzulayırıq.

    Müəllif: Redaktor, 10:52

    Teqlər:

İsmarıclar bağlıdır.