Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10İyl

    DİNİ VƏ MƏDƏNİ MÜXTƏLİFLİYİN HARMONİYASI

    79FC9316-1F37-48C0-A6DB-7CD1DD03819E_w1023_r1_sHazırda İslam dünyası çox ağır bir dövrünü yaşayır. Ayrı-ayrı ölkələrdə baş verən qanlı münaqişələr, terror aktları çoxlu sayda günahsız insanların ölümünə səbəb olur. Bunlar azmış kimi, bəzi Avropa dövlətləri İslamı terrorla əlaqələndirməyə cəhd göstərirlər. Halbuki, bu fikirlər absurddur. Çünki İslam dininin əsasını humanizm, insanlara ümumbəşəri sevgi hisslərinin aşılanması təşkil edir.
    Belə bir vəziyyətdə müsəlman dövlətlərinin birləşməsi çox böyük əhəmiyyət kəsb edir. Təsadüfü deyil ki, Azərbaycan Respublikasının Prezidenti 2017-ci ili “İslam Həmrəyliyi ili” elan edib.
    Ölkəmiz müstəqil dövlət kimi gənc olsa da, tolerantlığın, dini dözümlüyün nümunəsi kimi onun təcrübəsi bütün dünyada geniş yayılır. İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində də Azərbaycanın xidmətləri böyükdür. Ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindən biri İslam aləmi ilə daha sıx münasibətlər yaratmaq, zülmə məruz qalan yüz milyonlarla müsəlmanın dərdinə şərik çıxmaqdır.
    Belə ki, Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının, İSESKO-nun, eləcə də müsəlman ölkələrini birləşdirən digər mötəbər təşkilatların üzvü kimi üzərinə düşən missiyanı layiqincə yerinə yetirir. Ölkəmiz İslam həmrəyliyinin möhkəmləndirilməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olub.
    İslam həmrəyliyi naminə həyata keçirilən tədbirlər davam edir. 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı seçilmişdir. “İslam həmrəyliyi ili” çərçivəsində Azərbaycanda və xaricdə silsilə tədbirlər davam edir. 54 müsəlman ölkəsinin idmançılarını bir araya gətirən IV İslam Həmrəyliyi Oyunları buna parlaq misaldır.
    Azərbaycanın siyasəti milli dəyərlər üzərində qurulduğu üçün, bəzi müsəlman dövlətlərindən fərqli olaraq, ölkəmiz xaricdən təhdidlərə, təzyiqlərə duruş gətirib müstəqil həyatını davam etdirməyə qadirdir. Asiya ilə Avropanın qovuşuğunda yerləşən Azərbaycan dünyanın multikulturalizm məkanı kimi tanınır. Təsadüfi deyil ki, Mədəniyyətlərarası Dialoq, Qlobal, Humanitar forumlar, Dünya Dini Liderlərinin Sammiti kimi mötəbər tədbirlərə məhz Bakı evsahibliyi edir.
    Azərbaycanda insanların dini hisslərinə xüsusi həssaslıqla yanaşılır. Bu işlərin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
    Azərbaycanın sürətli inkişafı, əldə olunan uğurlar bir daha sübut edir ki, dini və mədəni müxtəlifliyin harmoniyası əsasında elə bir cəmiyyət yaratmaq olar ki, burada insanlar dinc, sülh və əmin-amanlıq şəraitində yaşasınlar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:43

    Teqlər:

İsmarıclar bağlıdır.