Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    İsmayılın həyat devizi

    ismayilŞəhid övladından yazmaq arzusu ilə bir ünvana yollandım. Həm şəhidin özü, həm də övladı haqqında maraqlanırdım. Yol boyu xəyalımda canlandırdığım şəhid olmuş qəhrəmanımızla tanı- dığım hündür boylu, asta yerişli, ciddi görkəmli bir insanı müqayi-sə etməyə başladım. Sonda bu qərara gəldim ki, elə şəhidlərimizin çoxu belə oğullardır. Düşüncələrdən ayrılmamış gedəcəyim ünvana çatdığımı gördüm. Bura Qarabağ müharibəsi zamanı şəhid olmuş Aslan Kərimovun evidir…
    Şəhidin həyat yoldaşı Tamella xanım fikrimi bildikdən sonra maraqlı bir fotoalbom göstərdi və hər bir şəklin tarixçəsi haqqında məlumat verdi. Evin yuxarı başından asılmış şəkil isə canlı xatirəyə bənzəyirdi. Albomdakı şəkillər isə 23 illik bir həsrətdən danışırdı. Burada hər kəs varıydı…
    Diqqətimi çəkən şəkillərdən biri, dörd nəfər gənc oğlanın Azərbaycan bayrağını əllərində açıq tutaraq küçədə çəkdirdikləri şəkil oldu. Tamella xanım izahat verməyə başladı. Bu şəkli 2010-cu ildə İsmayıl universitetdə oxuduğu zaman çəkdirib. Həmin il Moskvada Azərbaycan mədəniyyəti günlərini qrup yoldaşları ilə birgə qeyd edirdilər. Kaş İsmayılın bu xoş günlərindən atasının xəbəri olaydı, çox gözəl arzuları varıydı. Atası şəhid olanda İsmayıl 43 günlük idi. Birinci sinifdə oxuyarkən atasının qeyrətli, təəssübkeş bir insan kimi vətən, torpaq uğrunda şəhid olduğunu bildirdim. İndi atası ilə qürur duyur.
    Şəhid Aslan Kərimov rayonumuzun sayılıb-seçilən hörmətli kişilərindən biri İsmayıl Kərimovun kiçik oğlu idi. O, 1954-cü ildə Ağdaş şəhərində doğulmuşdu. Sonralar İsmayıl müəllimin işi ilə əlaqədar Tərtərə köçmüşdülər. Ömrünün sonunadək burada yaşamışdılar. Moskva Kooperativ İnstitutunun Bakı filialını ali təhsilli mütəxəssis kimi bitirmişdir. Tərtərdə işləyib, fəaliyyət göstərmişdi. Ölkəmizin üzərini qara bu- ludlar alanda könüllü olaraq Milli Ordunun sıralarına qatıldı, özünümüdafiə batalyonlarının təşkilatçılarından biri oldu. Onun döyüş yolu Ağdərə bölgəsinin kəndlərindən keçdi. Döyüş əməliyyatlarının hazırlanıb həyata keçirilməsində öndə gedənlərdən oldu. 1992-ci ilin 13 avqustu onun son döyüş günü kimi tarixə düşdü və ömrünü tamamladı. Yeganə övladı İsmayılla bağlı arzularını həyata keçirməyə macal tapmadı…
    Ulu bir ocağın çırağını yandıran İsmayıl Kərimov soykökünə bağlı bir gəncdir. Babasının, atasının adını doğrultmaq üçün üzərinə düşən məsuliyyəti dərk edir, onlara layiq olmağa çalışır. Gənc İsmayıl 2014-cü ildə Lomonosov adına Moskva Beynəlmiləl Xalqlar Dostluğu Universitetinin hüquq fakültəsini bitirib. Məqsədi öz ata-baba yurdunda gözəl bir mütəxəssis olmaqdır. Özü bu barədə belə deyir:
    – Hər kəslə söhbətim zamanı adını yaşatdığım babamın və atamın haqqında xoş sözlər söyləyirlər. Bu mənə qürur verir. Mən də çalışıram ki, öz işimlə onların adına layiq övlad olam. Mənim üzərimə böyük məsuliyyət düşüb, başqa cür ola bilməz. Layiqli övlad olmaq mənim həyat devizimdir.
    Bax, bizim şəhidlərin övladları bu cür düşünüb, yaşayırlar. Mərdlik, qəhrəmanlıq qanımızda, ca-nımızdadır. Hər bir şəhid övladımız kimi sənə də uğurlu gələcək arzulayırıq, İsmayıl!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:51

    Teqlər:

İsmarıclar bağlıdır.