Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    e1e920d1bd4fcb83f91ecf221e54199c737fc6687ec6b748ddf746fc78c4d6cbAzərbaycan! Qəlbi qan ağlayan, ürəyi parçalanan Vətənim! Dağlarına, daşlarına Koroğlu nərəli, Nəbi qeyrətli ər oğullarının əks-səda verən hayqırtısı hopmuş diyar! Torpaqların toxunulmazlığı, ərazilərin bütövlüyü uğrunda canlarından keçmiş minlərlə şəhid övladının narahat ruhlarının dolaşdığı məmləkət! Öz elində, obasında didərginlik həyatı yaşayan, qaniçən ermənilərin zülmünə məruz qalmış yurddaşlarımız! Yüzlərlə vətəndaşının dərdinə tab gətirərək əyilməyən, sınmayan məğrur, Vətənim!
    25 ildir bu dərdə dözürsən! Övladların 25 ildir qaçqın, köçkün həyatını yaşamağa məhkum olub səbr edir. Bu gün dözümün, səbrin tükənən çağıdır. 25 ildir Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi beynəlxalq hüququn davamlı olaraq pozulmasıdır və dünyanın görməzliyə vurduğu bu münaqişənin qurbanı olan saysız-hesabsız mülki və hərbçi ailələrinin göz yaşlarının tökülməsinə səbəb olur.
    Xocalıda ananın bətnindəki körpəni öldürən, körpə balaların gözləri qarşısında valideynlərini vəhşicəsinə süngülərdən keçirən şərəfsiz qaniçənlər bu gün də 2 yaşlı Zəhranı, onun ürəyi nağıllarla dolu nənəsini qətlə yetirdi,
    Bütün bunlar yetməzmi? Bəs etməzmi bu millətin al qana boyanmış göz yaşları?
    Durum aydındır, beynəlxalq ictimaiyyətin sərəncamında həm səsvermə ilə qəbul edilmiş qətnamələr, həm də münaqişənin həlli yollarını aramaq missiyasını daşıyan Minsk qrupu var. Azərbaycan torpaqlarının 20%-nin işğalına və bu son 25 ildə davam edən “statuskvo”ya son qoymağın zamanı gəlmişdir. Beynəlxalq hüquq hər yerdə tətbiq edilməlidir, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox mühüm bir məsələdir.
    Mütləq və təcili şəkildə beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət edilməsini Ermənistana qəbul etdirmək istiqamətində ən qısa zamanda hərəkətə keçməlidir.
    Tökülən nahaq qanlara son qoyulsun! İnsanlığa yaraşmayan qətllər, terrorlar dayandırılsın! Aydın səmaya sülh səsi ucalsın!

    Elfuzə Vəliyeva,
    “Yeni Tərtər” qəzetinin əməkdaşı

    Müəllif: Redaktor, 10:19

    Teqlər:

İsmarıclar bağlıdır.