Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    ermeni-vandalizmi-3-2b7190ba274b8e35378d09f2ebf884deaŞər vaxtı özüylə şər gətirdi. Bir həyətin, bir kəndin, bir elin, külli– Qarabağın, nəhayətdə Ulu vətənin–Azərbaycanın dincliyi, sakitliyi güllələndi. Eyni bəşər övladı olaraq insanın insa-na inamı, etibarı güllələndi. Bəşəriyyətin onsuz da laxlamış mövqeyi bir az da aşağılandı. Haqqa, ədalətə olan inam bir az da qırıldı.
    “Meşəyə insan
    gəlmişdi…”
    Atılan mərmilər bir dinc həyəti üç günahsız insanın qanıyla al qırmızı rəngə boyadı. O rəngə ki, dövlətlərin şərəf rəmzi olan bayraqların bir çoxu öz rəngini məhz ondan almışdır.
    Nə yazıqlar ki, bu məqamda o şərəf deyil, antişərəf rəmzi, bəşər vicdanına bir ləkə idi. İnsana güllə atmaq olmaz. (humanizm, xeyir ölübmü?), qadına güllə atmaq olmaz (şərin təntənəsidirmi?). Nəhayətdə uşağa (körpəyə) güllə atmaq olmaz (zülmün, haqsızlığın, varvarlığın, manqurtluğun son nöqtəsi budur, daha bundan o yanası yoxdur!!!…)
    –Bəs kimə atılmışdı bu güllələr?
    ermeni-vandalizmi-9-2– Qadına və uşağa (körpəyə). Nənə–Sahibə Allahverdiyeva nəvəsi–iki yaşlı Zəhra (adın gözəlliyinə, simvolikasına baxın) həyatlarını itirdi, Sərvinaz Quliyeva ağır yaralandı.
    –Bəs kim atmışdı bu güllələri?
    –Qatil, vandal, antibəşər ermənilər. Özü də bu əməlləri törədənlər yerli ermənilər deyil, yerlilərin “saqqallılar” adlandırdıqları gəlmələr, daşnak emissarlarıdır.
    –Bəs nə məqsədlə edirlər onlar bu cinayətləri?
    –Azərbaycanlılarla Dağlıq Qarabağ erməniləri arasında barışmaz düşmənçilik, qarşılıqlı kin-küdurət, nifrət və ədavət yaratmaq; sülhə, barışığa, vətəndaş həmrəyliyi və birgəyaşayışına aparan körpüləri yandırmaq üçün.
    Dağlıq Qarabağın bir yerli sakini kimi tam məsuliyyətimlə deyirəm: Dağlıq Qarabağ erməniləri arasında Respub-likamıza böyük rəğbət və inam var. Onlar bizim mədəniyyətimizi sevirlər. Orda bizim dayaqlarımız güclüdür. Əgər hakim dairələrin təzyiqi, inkvizisiyasi olmasaydı Dağlıq Qarabağ əhalisi çoxdan Azərbaycan bay-rağı altındaydı. (Gələcək fəaliyyətimizdə biz bu amili unutmamalıyıq).
    Bu gün şəhidərimizin anım günüdür. Bütün Azərbaycan, bütün türk dünyası, bütün mütərəq-qi insanlar ayaq üstün-dədir. Torpağı işğal olunan da bizik, şəhid verən də. Qoy dünya dövlətləri də nəhayət ayrıseç- kiliyə, ikili standartlara son qoyaraq ayağa qalxsın və qəti şəkildə cəlladlara, manqurtlara, anti-bəşərlərə yox!!! – desin. Çünki bu gün bizim Zəh-ramıza atılan güllə sabah başqa bir xalqın Zəhra-sına, birisigün bəşəriyyətin gələcəyinə (axı, uşaqlar planetimizin sabahıdır) atıla bilər.
    Son söz əvəzi
    Uşaqlar nağılları sevirlər. Yəqin o dünyada da nənəsi Zəhranı nağılsız qoymayacaq. Bütün nağıllar isə xoş sonluqla bitir. Bu isə həyat, xeyirin təntənəsinə inam deməkdir. Və kiçik Zəhranın şəhid məzarından al-əlvan güllər baş qaldıracaq. Həyat, əmin-amanlıq, gözəllik, insana və təbiətə məhəbbət rəmzi olan bu heyrətamiz güllər sabah böyük qayıdışdan sonrakı bütün torpaqlarımızda bitəcək, insanları qarşılıqlı sevgiyə, keçmişi unutmamağı, gələcəyi qurmağa səsləyəcək.
    Şəhid məzarın mübarək, balaca Zəhra!
    Qədəmlərin mübarək, Zəhra gülü!
    Sabahın xeyir, bütov Azərbaycan!

    Zabil Zeynalov,
    Umudlu kənd tam orta məktəbinin direktoru

    Müəllif: Redaktor, 10:25

    Teqlər:

İsmarıclar bağlıdır.