Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    bextileAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışlarından birində demişdir: «Gələcək nəsillərə maddi sərvətlər və iqtisadi mirasla yanaşı, həm də daha çox milli irs, milli mentalitet ərməğan edilməlidir».

    Bu baxımdan gələcək nəslin tərbiyəsində ailə əvəzsiz rol oynayır. Ana dilinə məhəbbət, vətənə sevgi, zəhmətsevərlik və xalqımızın milli-mənəvi dəyərlərinə aid olan digər xüsusiyyətlər uşaqlara ilk növbədə ana laylası, ata öyüdü ilə keçir. Valideynlərin bir-birinə və övladlarına olan münasibəti də sağlam ailə mühitinin formalaş-masına və cəmiyyətimizin fəal, layiqli vətəndaşlarının tərbiyə olunmasına kömək edir.

    Həmyerlimiz olan Səlim Əliyevin və Sara Mirzəyevanın ailəsində 5 övlad böyüyürdü – 4 qız və 1 oğul.  Valideynlər tibb işçiləri idi və bir kollektivdə–rayon mərkəzi xəstəxanasında çalışırdılar. Ata rentgen-laborant, ana isə fizioterapiya kabinəsində tibb bacısı işləyirdi. Rayonumuzun Azadqaraqoyunlu kəndindən olan Səlim tibb texnikumunu bitirdikdən sonra təyinatla Ağcabədi rayonuna göndərilmiş, burada Saranı görüb sevmişdi.

    Bir çox ailələrdən fərqli olaraq, 4 qızın dünyaya gəlməsi onların münasibətlərinə mənfi təsir göstərməmiş, əksinə, məsuliyyətlərini daha da artırmışdır. Oğlanları Ramil isə sanki bu xoşbəxtliyi tamamlamışdır.

    Səlim Əliyev həm də Qarabağ müharibəsi veterani idi.

    Bu gün qızlar xatırlayırlar ki, valideynləri ilk növbədə uşaq-ların tərbiyəsinə, sonra isə təhsil almalarına ciddi yanaşırdılar. Bu  tələbkarlığın nəticəsində ailədəki 5 övladın hamısı ali təhsil aldı. Aygün o zamankı Azərbaycan Politexnik İnstitutunu, Bəxtilə  Azərbaycan Neft və Kimya İnstitutunu, Nahidə və Arzu Moskva Kooperasiya İnstitutunu, Ramil isə Gəncə Texnologiya İnstitutunu bitirdilər.

    Bu gün onların hamısı ailəlidir, həm də hərəsi bir sahədə çalışır. Səlim ata isə artıq dün-yada yoxdur. Amma onun öyüd-nəsihəti, tövsiyələri övladları üçün indi də  var-dövlətdən, maddi sərvətlərdən qiymətlidir.

    Redaksiyamızın mühasibi işləyən və bu günlərdə 50 illik yubileyini qeyd edən Bəxtilə Əliyeva valideynlərini belə xatırlayır:

    – Deyirlər ki, hansı ailədə üç qız övladını adət-ənənəmizə, mentalitetimizə uyğun böyü-düb boya-başa çatdırırlarsa, hə-min valideynlər özləri üçün cənnəti qazanırlar. Biz yaşa dol-duqca, özümüz də valideyn  olduqca, ata-anamızın zəhmətini daha çox qiymətləndiririk. Onlar, necə deyərlər, hər birimizin «əlini  çörəyə çatdırdılar». Bizi ailə, ev-eşik, iş-güc sahibi etdilər. Həyatda məsuliyyətli olmağı, çətinliklərə tab gətirməyi öyrətdilər. Biz də öz növbəmizdə bunları övladlarımıza öyrədirik.

    Ailə kiçik dövlətdir. Hər bir dövlətdə olduğu kimi, ailədə də özünəməxsus qayda-qanunlar var. Bu qanunlar bizə ata-babalarımızdan ərməğan edilib, ailədən-ailəyə, nəsildən-nəsilə ötürülür.

     

     Svetlana Bağırova

    Müəllif: Redaktor, 10:59

    Teqlər:

İsmarıclar bağlıdır.