Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyl

    MASALLI RAYONUNDA ÇIXAN “YENİ HƏYAT” QƏZETİNİN KOLLEKTİVİNƏ

    Əziz həmkarlarımız! Azərbaycanın müasir media məkanında rayon qəzetlərinin özünəməxsus yeri var. Bu mətbu orqanları bölgənin, rayonun həyatını işıqlandırmaqla, bir növ tarixini yazırlar. 85 illik mənalı və şərəfli yol keçmiş Masallı rayon qəzeti də bu baxımdan bütün dövrlərdə üzərinə düşən missiyanı layiqincə yerinə yetirib. Kolxoz quruculuğu illərində işıq üzü görən qəzet sərt sovet rejimi dövründə də, bu gün də milli mətbuatımızın ənənələrinə, “Əkinçi” ilə başlanan yola sadiqlik göstərib. “Yeni həyat”ın indiki nüsxələrini oxuduqca biz bunun şahidi oluruq.
    Sevimli dostlar! Yubileyiniz münasibəti ilə sizləri ürəkdən təbrik edirik! Kollektivinizin hər bir üzvünə cansağlığı, yeni yaradıcılıq uğurları arzulayırıq. Daim qələminiz iti, sözünüz kəsərli olsun. Azərbaycanımızın, onun gözəl guşəsi olan Masallının yeni həyatından bəhs edən yazılarınızla qəzetin oxucularını sevindirəsiniz.
    Gün o gün olsun ki, hazırda işğal altında olan torpaqlarımızdan və didərgin soydaşlarımızın öz doğma yurd-yuva-larına qayıtma sevinclərindən birgə yazılar hazırlayaq. Cocuq Mərcanlının sağ əli bizim digər dağılmış obalarımızın başına!

    Hörmətlə: Tərtərdə çıxan “Yeni Tərtər” qəzetinin kollektivi

    Müəllif: Redaktor, 10:54

    Teqlər:

İsmarıclar bağlıdır.