Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 12İyn

    Gecələr yuxumda o dağları görürəm

    1419317897_1342607887_lacin2Hər kəsin doğulub boya-başa çatdığı məkan özü üçün doğmadır, əzizdir. Amma dağlar diyarı, füsunkar gözəlliyi ilə göz oxşayan Laçının gözəlliyi tamam başqadır.
    1970-ci ildə Laçın rayonunun Budaqdərə kəndində anadan olmuşam. Uşaqlığım, gəncliyim o dağların qoynunda keçib. Ailədə 8 uşaq olmuşuq. 4 oğlan, 4 qız. Əksəriyyətimizin də ali təhsili var. Laçın işğal olunanda mənim 22 yaşım vardı. Bakı Plan Uçot Texnikumunu və Müəllimlər İnstitutunun Gəncə filialını bitirmişəm. Ailəliyəm, 3 uşağım var. Bütün laçınlılar kimi o gözəl diyardan didərgin düşməyimiz mənim də bir an ya-dımdan çıxmır. Laçın Azərbaycanın qala qapısı sayılırdı. İşğal nəticəsində 1835 kv. kilometr ərazi ermənilərin əlinə keçdi. Rayonda olan yüzlərlə maddi nemət nümunələri erməni vandalizminə tuş gəldi. 65 min laçınlı doğma yurd yerlərindən didərgin düşdü, 262 nəfər həlak oldu, 67 nəfər itkin düşdü, 48 sənaye, 63 kənd təsərrüfatı müəssisəsi, 217 mədəniyyət, 103 təhsil, 142 səhiyyə ocağı dağıdıldı, talan edildi. Laçından didərgin düşən həmyerlilərimiz res- publikamızın 58 şəhər və rayonlarında məskunlaşıblar. Bununla belə laçınlılar hər cür dövlət qayğısı ilə əhatə olunublar.
    126 ailə Tərtər rayonu ərazisindəki Şıxarx qəsəbəsində məskunlaşmışıq.
    Ölkə Prezidenti İlham Əliyevin yaxından qayğısı nəticəsində Ağcabədi rayonunun Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni salınmış qəsəbə istifadəyə verilmişdir.
    Lakin buna baxmayaraq, laçınlılar öz yurd yerlərinə qayıtmaq arzusunu bir an belə yaddan çıxarmırlar. Elə mən özüm də hər gecə yuxularımda doğma yurd yerlərini görürəm.

    Fazil Budaqov,

    Laçın Rayon İcra Hakimiyyəti

    Başçısının Tərtər rayonunda

    səlahiyyətli nümayəndəsi

     

    Müəllif: Redaktor, 11:07

    Teqlər:

İsmarıclar bağlıdır.