Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,382
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    52953_3bynb2j9vnOSMAN SARIVƏLLİ

    Dostum, incə barmaqların
    Sədəflərin üzündədir.
    Mənim meylim bir sazında,
    Bir də şirin sözündədir.

    Qarayazı meşəsində,
    Cavan ovçu həvəsində,
    Qulağın maral səsində,
    Gözün ceyran izindədir.

    Tarixi var hər daşın da,
    Tərlanın on beş yaşında.
    Bəzən qarlı dağ başında,
    Bəzən Muğan düzündədir.

    Baxan kimi sərraf gözün,–
    Təmtəraqlı yalan sözün
    Canı yoxdur, –dedin özün, –
    Məna sözün düzündədir.

    Zaya getməz alın tərin,
    Bir gün bitər şah əsərin,
    Arzuların, diləklərin
    Hələ sənin gözündədir,

    Söz şairin ürəyində,
    Zor binanın dirəyində.
    Güc pələngin biləyində,
    Pəhləvanın dizindədir.

    Heç əlinə alma əsa,
    Yetmişində batma yasa,
    Hər kim yüz il yaşamasa
    Günah onun özündədir.

    Müəllif: Redaktor, 11:21

    Teqlər:

İsmarıclar bağlıdır.