Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    01SATQINLIĞIN ANATOMİYASI

    Tariximizi nə qədər çox araşdırıb təbliğ edə bilsək, onun bir o qədər böyük tarixə malik olduğunu göstərə bilərik

    ………………………….Unutsaq unudularıq

    Azərbaycan oğulları, bu torpaqlar sizi gözləyir

    Sən yanmasan, mən yanmasam, zülməti kim işıqlandırar?
    ( N. Hikmət)

    Xankəndi        1923-1991        Laçın                 18.05.92
    Əsgəran           1923-1991       Kəlbəcər             02.04.93
    Ağdərə             1923-1993       Ağdam                23.07.93
    Hadrut             1923-1993       Füzuli                 23.08.93
    Xocavənd        1923-1993        Cəbrayıl              23.08.93
    Xocalı              26.02.92           Qubadlı               31.08.93
    Şuşa                 08.05.92            Zəngilan            29.10.93.

    Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri təsadüfən ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da cıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.

    Aleksandr Düma
    “Qafqaz səfəri” əsərindən

    Ermənilər Dağlıq Qarabağı “özününküləşdirmək” fikrini irəli sürsələr də arxiv sənədləri qarşısında hər bir yalan və uydurma çox cılız və mənasız görsənir.
    Arxiv sənədi elə bir mənbədir ki, onun qarşısında heç bir tarixçi, tədqiqatçı alim saxtakarlığa yol verə bilməz.
    Arxivin elmi məlumat kitabxanasının rəflərində mühafizə edilən Sergey Qulikonun 1831-ci ildə Moskvada nəşr olunmuş “Pereselenie armyan v predelı Rossii” kitabında təkzibedilməz rəqəm və faktlar əsl həqiqətdən xəbər verir. 148 səhifədən ibarət bu kitab əvvəldən axıra qədər ermənilərin İrandan köcürülüb Azərbaycanın Dağlıq Qarabağ hissəsində yerləşdirilməsinə həsr edilmişdir. Kitabda qeyd edilir ki, 1828-ci ildə Türkmənçay sülh müqaviləsi bağlanır və Qafqaz canişini general qraf Paskeviç əslən erməni olan polkovnik Lazarevi İranda muvəkkil təyin edir və ona tapşırır ki, İranda olan erməniləri köçürüb Azərbaycanın Dağlıq Qarabağ torpaqlarında məskunlaşdırsın. Köçürülmənin gedişi haqqında hər 15 gündən bir canişinə məlumat versin. Polkovnik Lazarev daşınması mümkün olmayan əmlakın dəyərini hesablayır və hər erməni ailəsi üçün bir araba və iki at ayırır. Üc ay müddətində 80 min erməni ailəsi Arazın bəri tayına koçürülür və Azərbaycan torpaqlarında yerləşdirilir. Kitabda qeyd edilir ki, köçürülmə haqqında xüsüsi təlimat hazırlanmışdır və ermənilərə izah edilirdi ki, “sizin üçün Azərbaycanda ən çörəkli torpaq yerləri ayrılmışdır”.
    Daha bir mənbə:
    “Statistiçeskoe opisanie Naxçivanskoy provinsii” kitabıdır ki, orda qeyd edilir ki, 1828-ci ilin yayında İrandan Naxçıvan əyalətinə 2551 erməni ailəsi köçürülüb məskunlaşdırılmışdır. Bunlardan 416 ailə şəhərdə, 1869-u Naxçıvan nahiyə-sində, 260-ı Ordubad nahiyəsində yerləşdirilmişdir.
    Göstərilən illərdə təkcə Qarabağa və Naxçıvana, İrəvan və Gəncə quberniyalarına deyil, Bakı quberniyasının Şamaxı qəzasına, Şəki və Şirvanın ən məhsuldar torpaqlarına xeyli erməni köçürülüb məskunlaşdırılmışdır.
    Köçürülmə işlərinin təşkilində erməni kilsəsi fəal iştirak etmişdir.
    Hökmdar-zülmkara, talançı qəsbkara qarşı ardı-arası kəsilməyən döyüslərdə həlak olmuş şəhid babalarımızın min-min ruhu indi də qədimdən bəri eyni yerdən boylanan Ermənistan, İrəvan dağlarının ətəklərində dolaşmaqdadır. Bunu hec kim inkar edə bilməz ki, otən dövrlər hələ bir yana, Ermənistan Rusiyanın tərkibinə daxil olanda İrəvanda təqri-bən on minlik şəhər əhalisinin 7 min nəfərindən çoxu azərbaycanlı olmuşdur.
    19-cu əsrin sonunda Ermənistan quberniyası Qafqazda yaşayan azərbaycanlıların sayı baxımından Bakı və Yelizavetpol (Gəncə) quberniyalarından sonra ücüncü yeri tutmuşdur. Rusiya imperiyasında birinci dəfə keçirilən əhalinin siyahıya alınmasına görə 1897-ci ildə burada 313178 azərbaycanlı yaşamşdır. Burada azərbaycanlıların əksəriyyət təşkil etdiyini sübuta yetirən daha bir fakt, yaxud 1410-ci ildən 1828-ci ilədək İrəvan xanlığını kimlər idarə etmişlər sualına kahin Hovhannes Şahxatunanın tərtib etdiyi aşağıdakı siyahı cavab verir:
    1.Əmir Səd 14-cü əsrin axırı 1410
    2.Pir Hüseyn-Əmir Sədin oğlu 1410-cu ildən sonra
    3.Pir Yaqub Pir Hüseynin oglu 1420
    4.Əbdül-Pir Hüseynin oglu 1430-cu illərdə
    5.Uzun Həsən 1471
    6.Yaqub bəy- Cahan şahın əmri ilə 1440
    7.Həsən Əli Qaraqoyunlu 1460-cı illərdən
    8. Həsənbəy Bayandurun nəvəsi 1475
    9.Div Sultan Rumlı 1515-ci ildən
    10. Hüseynxan Sultan 1550- ci ilədək
    11. Şahqulu Sultan Ustaclı 1550-75 illər
    12.Lala paşa “Qara Mustafa” adlı Sultan murad dövrü 1577
    13. Mahmudxan “toxmaq” Xudavənd şah dövrü 1576-83
    14. Fərhad paşa (Sultan
    Murad dövrü) 1583
    15.Məhəmməd Şərif paşa
    1604-cü ilədək
    16. Əmirquna Xan Qacar (Şah Abbas dövrü) 1605-25
    17. Təhməzqulu. (Əmirqunanın oğlu) 1635
    18.Murtuza paşa (Sultan Murad bəy dövrü) 1635
    19. Kəlbəli xan 1636-48
    20. Məmmədxan “Cagata Kötük” 1639-48
    21. Xosrov xan. 1648-52
    22. Məhəmədqulu xan 1652- 56
    23.Nəcəfqulu xan 1656-1663
    24. Abasqulu xan (Əmirqu-nanın oğlu) 1663-66
    25.Səfiqulu xan 1666-74
    26.Sarıxan bəy- iki il əvəz edir- 1674-75
    27. Səfiqulu xan (Təbrizli Rüstəm xanın oglu) 1675-79
    28. Zal xan 1679-88
    29. Murtuzaqulu-(Naxçıvanlı Məhəmmədrza xanın oğlu) 1688- 91
    30. Məmmədqulu xan-1691-94
    31. Zöhrab xan 1691
    32. Mehrəli xan 1709-19
    33. Zöhrəb xan -1700 -05, Əbdül Məhəmmədxan – 1705-09
    34. Mehrəli xan -1709-19
    35. Allahqulu xan – 1719-25
    36. Rəcəb paşa- 1725-28
    37. İbrahim və Mustafa pasa-lar -1728-34
    38. ƏIİ paşa -1734
    39.Hacı Hüseyn paşa – Əli paşanın müavini-1734
    40.Məmmədqulu xan- 1735- 36
    41.Pirməhəmməd xan-1736
    42. Xəlil xan-1752-55
    43. Həsənəli xan Qacar -1755- 62
    44. Hüseynəii xan (Həsənəli xanın qardaşı) -1762-83
    45. Qulaməli xan-(Huseynəli xanın oğlu)- 1783-84
    46. Məhəmməd xan (Qula-məli xanın qardaşı)- 1784-1805
    47. Mehdiqulu xan-1805-06
    48. Məhəmməd xan Marağalı- 1806-07
    49. Hüseyn xan Qacar qardaşı Həsən xanla – 1807-1827

    Müəllif: Redaktor, 11:52

    Teqlər:

İsmarıclar bağlıdır.