Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 20İyn

    DSC_4751Gənclər Mərkəzində “Milli mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans ke-çirilib.
    Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
    Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.
    Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov bildirib ki, ölkəmizdə milli mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri-ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməsi üçün mütəmadi işlər aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.
    Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı xalqımızın əsrlər boyu formalaşdırdığı milli mənəvi dəyərlərdən və onun qorunmasından, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından bəhs edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlətdin münasibətləri yüksək səviyyəyə çatıb.
    QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin və milli mənəvi dəyərlərimizin qorunmasındakı ro-lundan danışıb. Bildirib ki, bu gün Azərbaycanda milli mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir. Sovetlər dönəmində Azərbaycanda 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir.
    Konfransda akademik Vasim Məmmədəliyev və rayon ziyalıları mövzu ilə bağlı çıxış edib, fikirlərini bildiriblər.
    Konfrans başa çatdıqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və DQİDK-nin sədri Mübariz Qurbanlı Tərtər şəhər “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.

    Müəllif: Redaktor, 09:22

    Teqlər:

İsmarıclar bağlıdır.