Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,395
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 28İyl

    639057HUMANİZM PRİNSİPLƏRİNİN BƏRQƏRAR EDİLMƏSİNƏ TÖHFƏ VERƏN ÖLKƏ

    Bugünkü dünyamız, indiki həyatımız ötən əsrlərdə olduğuna bənzəmir. Hər şey sürətlə dəyişməkdədir. Bəlkə də XXI əsrin bir günlük kəşfləri bəşəriyyəti ötən bir əsrdə olduğu qədər irəli aparır. Bəli, biz inkişaf edirik. Lakin insanlar nə qədər irəli getsələr də, sanki bəlalar, fəlakətlər bir o qədər də çoxalır. Dünyanı müharibələr, terror, digər xoşagəlməz hadisələr bürüməkdədir. Nədir bunun səbəbi və çıxış yolu nədədir?
    Bu sual indi bütün ölkələri, o cümlədən Azərbaycanı düşündürməkdədir. Bəzi ölkələrdən fərqli olaraq, Azərbaycan dünyaya multikulturalizmin real həyatdan götürülmüş nümunələrini nümayiş etdirərək, çıxış yolunu ayrı-ayrı dinlərin, xalqların, konfessiyaların, etnosların birgə mehribançılıq və dinc şəraitdə yaşamasında olduğunu sübut edir. Yəni çıxış yolu insanlığın ən uca dəyərlərinin qorunub saxlanılmasında, humanizm prinsiplərinə əməl olunmasındadır.
    Yoxsa biz hara gedib çıxa bilərik? Bu il iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində balaca Zəhranın və onun nənəsinin erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi bir daha bu sualı ortaya qoyur.
    2017-ci il Azərbaycnda “İslam həmrəyliyi ili” elan olunub. Azərbaycan bu çağırışı bütün İslam ölkələrinə ünvanlayaraq, onları birliyə, barışa çağırır. İslam dininin özü bütövlükdə humanizm, insanlara sevgi deməkdir. Buna görə də bəzi Qərb dövlətlərinin İslamı terrorla əlaqələndirməsi qətiyyən qəbuledilməzdir.
    Ölkəmizdə keçirilən bir çox beynəlxalq tədbirlərdə – humanitar forumlarda, mədəniyyətlərarası dialoq məclislərində söhbət məhz bu mövzular üzərində qurulur. Yəni insanlar mənəvi dəyərləri, adət-ənənələri, keçmişdən miras qalmış yaxşı nə varsa, qoruyub saxlamalıdırlar. Eyni zamanda, lazım gələndə bir-birinə kömək əli uzatmalıdırlar.
    Necə ki, ötən ilin iyul ayında qardaş Türkiyədə baş verən dövlət çevrilişinə cəhd zamanı ilk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqı ilə birlikdə olduğunu bəyan etmişdir.
    Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ nünaqişəsi ilə əlaqədar isə Türkiyə, digər İslam ölkələri, bir sıra Qərb dövlətləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyirlər. Dağlıq Qarabağda keçirilən qondarma referendumun tanınmaması bunu bir daha təsdiqləyir.
    Azərbaycan özü də dünyanın hər bir guşəsində sülhün qorunmasına töhfələr verir. 2009-cu ildə Bakı İslam Mədəniyyətinin paytaxtı idi. 2017-ci ildə ölkəmizdə İslam Həmrəyliyi Oyunları keçirildi. 2018-ci ildə isə qədim Naxçıvan şəhəri İslam Mədəniyyətinin paytaxtı olacaq. Bütün bunlar Azərbaycanın mədəniyyətlərarası dialoq, yer üzündə humanizm pirinsiplərinin bərqərar olmasna töhfə verən bir ölkə olduğunu göstərir.

    Svetlana Bağırova

    Müəllif: Redaktor, 12:57

    Teqlər:

İsmarıclar bağlıdır.