Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,370
Saytda ismarıcların sayı - 0

Arxiv

Sayğac:

Ziyarətçilərimiz:

Flag Counter
  • 10Avq

    BİZİM XALQIN VƏTƏNDAŞI DA VAR, VƏTƏN DAŞI OLAN ÖVLADI DA

    IMG-20170712-WA0005Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir.
    Vətənpərvərlik tərbiyəsinin təbliği və bu müqəddəs hissin aşılanması ilə əlaqədar xatirələrimi vərəqlədim. Fikirlərim bir məkanda cəmləşdi. Bu məkanın sakinləri illərdir dədə-baba yurdlarının həsrətini çəkirlər. Illərdir məcburən həsrət qaldıqları bulaqların, meşələrin, dağların ayrılığının odunda qovrula-qovrula yaşayırlar. Bu məkan el ağsaqqalı, gözəl pedaqoq, cənnəti bu dünyada qazanmış əsil insan Sabir Paşayevin adını daşıyan Umudlu kənd tam orta məktəbidir. Məktəbdə təlim-tərbiyənin əsasını Vətən məhəbbəti və vətəndaşlıq hissi təşkil edir. Təkcə bir faktı göstərmək kifayətdir ki, məktəbin rəhbəri Umudlu üçün gilə-gilə əriyən Zabil Zeynalovdur. Ikinci insan yaxınları, doğmaları Vətən üçün, onun torpağı, daşı, xalqın namusu, qeyrəti üçün canından, qanından keçmiş, özü isə 2-ci qrup Qarabağ əlili, ehtiyatda olan zabit Rəhman Paşayevdir. Rəhman müəllim məktəbdə gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edir. Elə söhbətim də Rəhman müəllimlə bu barədə oldu. Belə bir sualla müraçiət etdim:
    – Siz, gənclərdə vətənpərvərlik hissinin formalaşması üçün hansı metodlardan istifadə edirsiniz?
    – Öncə şagirdlərə Vətənimiz, onun sərvət və əraziləri haqqında söhbət edib, Vətən üçün canından keçmiş şəhidləri-mizi, həmçinin Milli Qəhrəmanlarımızı tanıdıram. Daha sonra Vətəni qorumaq, torpaqlarımızı düşmən tapdağından qurtarmaq üçün qarşımızda duran məsuliyyəti başa salıram. Elə bir dərs saatımız olmur ki, bu barədə söhbətimiz olmasın. Hər bir şagird ən azı 10 şəhid və Milli Qəhrəmanı tanımalı və haqqında məlumatı olmalıdır. Vətənpərvər olmaq üçün gərək əvvəlcə vətəndaş olmağı bacarasan. Məlumdur ki, bütün ümumtəhsil məktəblərimizin 10-11-ci siniflərində çağırışaqədər hərbi hazırlıq aparılır. Bu o deməkdir ki, əsgərlik yaşı çatana qədər hər kəs hərbi xidmətə hazır olmalıdır. Hərbi nizamnaməni, sıra hazırlığını təlimlər zamanı öyrədirəm. Ümumiyyətlə, çalışıram ki, gənclərdə vətənpərvərlik hissi ürəkdə yaransın. Elə bilirəm ki, ona da nail oluram.
    –Rəhman müəllim, nümunə ola biləcək şagirdləriniz varmı?
    –Elə bil ürəyimdən xəbər verdiniz. Yaxınlarda rayon Gənclər Mərkəzində bir tədbir keçirilirdi. Çıxış edənlər sırasında bizim məktəbin 11-ci sinif şagirdi Əli Cabbarov da vardı. O, vətənpərvərlik haqqında elə gözəl çıxış etdi ki, zalda əyləşən bütün iştirakcıların alqışlarına səbəb oldu. Bu, məni çox duyğulandırdı. Qürur hissi keçirdim. Bundan başqa məzunlarımızdan 4 nəfəri Hərbi Akademiyanı bitirib, hazırda Tural Quliyev isə orada təhsil alır. Amid Paşazadə Naxçıvan şəhərində hərbi həkim kimi xidmət edir. Bütün bunlar məni sevindirir. Ona görə sevinirəm ki, bu gənclərə hərbi vətənpərvərlik hissini təlqin edə bilmişəm.
    Rəhman müəllim, ailədə övladlarınızdan hərbi sahəyə marağı olanı varmı?
    –Əlbəttə, var. Üç övladımdan biri – Sabit hərbçidir. Toğrul stomatoloqdur, qızım Xatirə isə ailəlidir, evdardır. Hər biri vətənpərvərdir, ancaq Sabit vətənin müdafiəsindədir. Bu da məni lap çox qürurlandırır.
    –Bəs özünüz haqqında nə deyə bilərsiniz? Necə oldu ki, məhz hərbi sahəni seçdiniz?
    –Mən 1980-ci ildən, hələ totpaqlarımız işğal olunmamış Umudlu kənd məktəbində hərbi müəllim işləyirdim. Mənfurlar aranı qarışdıran zaman kəndimizin, torpaqlarımızın qorunması üçün əlimə silah aldım. Bu gün isə ikinci qrup Qarabağ əliliyəm. Torpaqlarımızın azad olunması üçün lazım gələrsə ehtiyatda olan bir zabit kimi döyüşə hazıram. Mən hərbi müllim olmağımla fəxr edirəm. Zəhmətim hər dəfə qiymətləndiriləndə qürur duymuşam. “Fədai”, “Vətən naminə” medalları ilə təltif olunmuşam. Çağırışaqədərki hazırlıq və hərbi vətənpərvərlik dərslərinin keçirilməsinə görə Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi tərəfindən “Diplomla” mükafatlandırılmışam. Arzu edirəm ki, torpaqlarımız sülh yolu ilə azad olunsun. Totpaq, yurd nisgilimizə son qoyulsun!

    Elfuzə Vəliyeva

    Müəllif: Redaktor, 10:21

    Teqlər:

İsmarıclar bağlıdır.